Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1844/2025 25.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Viləş (əvvəlki Kalinovka) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində anası Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 25 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında oğlu Şəxs barəsində Masallı Rayon Polis X4 araşdırma aparılmışdır. Material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün inzibati məsulliyyətə cəlb edilməsindən ötrü qərar Masallı RPŞ-nin İTB-nə verilmişdir. Bu səbəbdən tərəfindən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır. Anası 1-ci qrup əlildir. Ona baxılmasına görə 100 manat qulluq üçün pulu xalası alır. Onun xalası ilə aralarında həmin pula görə mübahisələri düşmüş, həmin vaxt anası üzərinə hücum çəkmiş, elə bu zaman o, anasının qolundan tutaraq kənara itələmişdir. Lakin anasını döyməmişdir. Sonda Şəxs özünü təqsirli bildiyini, anasına qarşı səhv etdiyini, onunla barışmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun oğludur. Onlar ünvan 1ində birlikdə yaşayırlar. Şəxs hər gün spirtli içki qəbul edir və onun üzərinə hücum çəkərək onu nalayiq küçə söyüşlər ilə söyüb təhqir edir. O, hər ay təqaüd alanda Şəxs onun yanına gəlir və o, Allahverənə pul verir. Sonuncu da ondan aldığı pul ilə spirtli içki və siqaret alır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Şəxs yenə yaşadıqları evə spirtli içkinin təsirində gələrək onunla mübahisə etməyə başlayıb və 20 manat pul istəyib. O, Allahverənə pul vermədiyi üçün yenidən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Allahverən onun bədəninin müxtəlif nahiyyələrinə yumruqla vuraraq xəsarət yetirib. Sonra o, evdən qaçaraq qonşunun evinə gedib. Daha sonra oda Allahverənin məsuliyyətə cəlb edilməsi üçün şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs oğlu X1 ilə barışdığını barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2025-ci il tarixli, 686 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı, üzün sol yarısı, sağ və sol diz nahiyəsinin sıyrığı, sol gözaltı, sol said və sol bud nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs anası X2 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-1844/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1844/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver