Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1845/2025 15.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavadov X4 Rayon Məhkəməsinin e-2(034)-436/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə onların iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zəngilan Rayon Məhkəməsinin 2(034)-436/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 22 oktyabr 2011-ci il təvəllüdlü X2 və 30 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 iyun 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-436/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 02 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs icra sənədi barədə xəbərdar olunmuş və imzası ilə qəbul edərək təsdiq etmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun axtarışı haqqında 30 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü Masallı rayonu, Boradigah qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-482/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardaddan görünür ki, xx xxxx 1990-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olan, Masallı rayonu, Boradigah qəsəbəsi, S.Vurğun küçəsi ev 162-də qeydiyyatda olmaqla yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Şəxs 27 avqust 2025-ci il tarixli izahatından görünür ki, 2(034)-436/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, həmçinin xəstə olduğu üçün ödəniş edə bilməmişdir, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Lakin inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 27 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan, yəni inzibati xətanın törədildiyi gündən dörd aydan çox vaxt keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edilə bilməz və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən dörd aydan çox vaxt keçdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-1845/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1845/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver