Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1846/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işinin rədd edilməsinə dair xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı fərdi yaşayış evində anası X7 ilə məişət zəmnində mübahisə edib X6 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X9 izahatında göstərdi ki, Masallı rayon, Şıxlar kəndində yaşayan X7 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, oğlu Pərviz Fərəcovun onu döyməsini və evi yandırmaq istəməsini bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə X1 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə oğlu Pərviz Fərəcovun onu döyərək xəsarət yetirməsini göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində olan fərdi yaşayış evində anası X7 ilə ailə məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən itələyib yerə yıxaraq ona fiziki ağrılar yetirmiş, xx.xx.2025-ci il tarixində aralarında baş vermiş mübahisə zamanı isə Şəxs Tükəzban Fərəcovaya yumruqla zərbə endirib sonuncuya sol said nahiyyəsinin qançırları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Belə olduğu halda Şəxs əməlində əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157 maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir.Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X7 onun anasıdır. Anası ilə aralarında tez-tez mübahisə olmuşdur. Birinci dəfə xx.xx.2025-ci il tarixdə yaşadığı evdə anası Tükəzban ona həbsdə olması ilə bağlı irad bildirdiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı bərk əsəbi olduğu üçün əli ilə anasının sinə nahiyəsindən geri itələdiyi üçün anası Tükəzban yerə yıxılaraq xəsarət almışdır. xx.xx.2025-ci il tarixdə də anası ilə aralarında mübahisəsi düşmüşdür. Bundan başqa o kiçik bacısını da döydüyünü etiraf edir. Sonda Şəxs özünü təqsirli bildiyini anasının onunla barışmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs onun oğludur və onlar bir evdə yaşayırlar. Pərviz işləmir, mütəmadi olaraq spirtli içki qəbul edir. Pərviz hər dəfə ondan pul tələb edir. xx.xx.2025-ci il tarixində Pərviz evdə yenidən ondan pul istəmişdir. O, Pərvizə 50 manat pul versə də o, 50 manatın az olduğunu deyib, ondan əlavə pul tələb etmişdir. O, Pərvizə əlavə pulunun olmadığını bildirdikdə, Pərviz onunla mübahisə etməyə başlamışdır. Pərviz üzərinə hücum çəkərək ona xəsarət yetirmişdir. xx.xx.2025-ci il tarixində də evdə olan zaman Pərviz yenidən onunla mübahisə edərək, yumruqla bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Pərviz ondan mütəmadi olaraq pul istəyir, aralarında tez tez mübahisə düşür. Oğlu ona bildirir ki, ona görə Rusiyadan Azərbaycana gəlmişdir. O, da oğluna demişdir ki, Rusiyada həbsdə olduğu üçün Azərbaycana gətirilmişdir. Ondan sonra mübahisə başlamış və aralarında soyuqluq yaranmışdır. xx.xx.2025-ci il tarixdə onu və qızını döymüşdür. Qızı xəstəxanalıq olmuşdur. Sonda T.İ.Fərəcova oğlu Şəxs ilə barışdığını barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2025-ci il tarixli, 749 nömrəli ekspertiza rəyindən görünür ki, Vət.X2 said nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 15 avqust 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu uçun dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs anası X6 döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, X7 ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə görə, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1846/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1846/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver