Məhkəmə qərarları › İş №3(050)-1847/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1847/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1847/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakim X5, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxıb, müəyyən etdim: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməməsinə görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı, 14 noyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülki iddia ərizəsi təmin edilmiş, “Mercedes Benz E 240” markalı, **-RT-*** (halhazırda **-EB-***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı X2 qaytarılmalıdır. İcra sənədi üzrə borclu kimi X6 göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı, 14 noyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borclu X3 göndərilməklə icra sənədinin könüllü icrası barədə 10 gün vaxt verilmişdir. İş materiallarında olan 22 iyul 2025-ci il tarixli DİN BDYP-nin Lənkəran Regional RQİ və TBŞ-nın rəisi, polis polkovnik leytenantı Kamran Məmmədov tərəfindən Masallı Rayon İcra və probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən “Mercedes Benz E 240” markalı, **- RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasında qeydiyyata alınaraq **-CX-*** dövlət qeydiyyat nişanları verilərək Masallı rayonu, Təzəkənd kənd sakini Şəxs adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən məlum olduğu kimi icra sənədi üzrə borclu X4r. Barəsində inzibati protokol tərtib edilməklə Masallı Rayon Məhkəməsinə təqdim edilmiş Şəxs barəsində mübahisə obyekti olan avtomobilin X2 qaytarılması ilə bağlı hər hansı məhkəmə və ya digər orqanların qərarı yoxdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Onun əməli İXM-nin 528.1-ci maddəsinin tərkibinə düşmür. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar