Məhkəmə qərarları › İş №3(050)-1848/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1848/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1848/2025 29.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Masallı Rayon Polis X5 Bölməsinin polis sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Rusiya Federasiyası, Amur vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:18-də Masallı rayon Boradigah qəsəbəsində şübhəli şəxs kimi saxlanılan Masallı rayonu, Mahmudavar kənd sakini Şəxs üzərində istehlak miqdarından artıq olmayan -1,435 qram narkotik vasitə (marixuana) aşkar olunmuşdur. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Masallı Rayon Polis X5 Bölməsinin polis sahə rəisi polis mayoru X8 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli olduğundan xx.xx.2025-ci il tarixdə saat 23:18-də Lənkəran-Masallı yolunun Masallı rayonu, Boradigah qəsəbəsindən keçən hissəsində Masallı rayonu istiqamətində hərəkətdə olan sonuncunun idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və həmin avtomobil yoxlanılan zaman avtomobilin baqaj yerindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:18-də Masallı rayonu, Boradigah qəsəbəsində şübhəli şəxs kimi saxlanılan Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs üzərindən şəxsi istehlak miqdarından artıq olmayan yəni -1,435 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Buna görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-yə göstəriş verilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində inzibati protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə avtomobilini idarə edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. Daha sonra avtomobilinə baxış keçirilən zaman avtomobilin yük (baqaj) yerində narkotik vasitə qurudulmuş marixuna aşkar olunmuşdur. Üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı tanımadığı şəxsdən istifadəsi üçün əldə etmişdir. Hazırda tutduğu əməldən səmimi peşman olmuş, bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Himayəsində iki nəfər azyaşlı uşağı var. Sonda Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir; Məhkəmə Ekpsertiza Mərkəzinin Lənkəran regional Bölməsindən alınmış 23 iyul 2025-ci il tarixli 19/306 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar olunmuş narkotik kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi: -1,435 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -1,435 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq -1,385 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, 427 nömrəli rəyində göstərilir ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Elektron çıxarışdan görünür ki,xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllülü X2 atası Şəxsdur. İş materillarında olan CD baxış keçirilərkən X3 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra nəqliyyat vasitəsinə baxış keçirmələri və bu zaman avtomobilin yük (baqaj) yerində qurudulmuş marixuanaya bəznər kütlə aşkar olunması müəyyən olunur. Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan hüquqazidd əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasına dair CD disk, məhkəmə-kimyəvi, məhkəmənarkoloji ekspertizalarının rəyləri, cinayət işinin rədd edilməsi barədə qərar və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmiş İ siyahıda qurudulmuş mariuxananın xeyli miqdarı 5 qramdan 50 qrama qədər olan həddə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində 2 nəfər azyaşlı uşağının olması inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə qeyd edir ki, Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Odur ki, ona məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,385 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə 01 ədəd CD iş materiallarında saxlanılmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallarını, törətdiyi əməl üzrə əvvəllər cinayət və inzibati məsuliyyətə cəlb olunmaması, habelə iş üzrə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün aşağı həddində tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.385 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə 01 ədəd CD iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar