Məhkəmə qərarları › İş №3(050)-1849/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1849/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1849/2024 09.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X7, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Masallı rayonu, Pircana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş protokol üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 21 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısını qəsdən küt alətlə vurub sındıraraq sonuncuya 120 manat məbləğində maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Belə ki, uzun müddət Masallı şəhəri, Qarabağ küçəsində yerləşən binada ailə üzvləri ilə birlikdə yaşamışlar. Təranə Məmədova da onların qonşuluğunda yaşamışdır. Bir neçə il əvvəl Təranə ilə anası İfadə şükürova ilə aralarında dava-dalaş baş vermiş, bu səbəbdən 2021-ci ildə anasının barəsində Masallı RPŞ-də cinayət işi başlanmış, iş məhkəməyə verilmişdir. Masallı Rayon Məhkəməsinin hökmü ilə anası İfadə Şükürova məhkum edilmişdir. Həmin tarixdən Təranə Məmədova ilə münasibətləri kobud şəkildə pozulmuşdur. xx.xx.2024-cü il tarixdə Təranə Məmədova yenidən anası İfadə şükürova ilə mübahisə etmiş, anasının barəsində polisə şikayət etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaşadığı evə getmiş, qapının bağlı olduğunu görüb küt alətlə Zərərçəkmiş şəxs yaşayış evini giriş qapısını vurub zədələmişdir. Qapını sındırılması nəticəsində Zərərçəkmiş şəxs 120 manat maddi ziyan dəymişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmişdir. Barışmalarını nəzər alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əlaiağa qızı izahatında göstərmişdir ki, barəsində inzibati icraat aparılan şəxsin anası İfadə Şükürova ilə aralarında əvvəllər bir neçə dəfə mübahisələri olmuşdur. İfadə Şükürova onunla qonşuluqda kirayə olaraq yaşayır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində işlədiyi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “İlayda” adlı gözəllik salonuna getmək üçün yaşadığı evdən çıxarkən qonşuluqda yaşayan İfadə Şükürova ilə rastlaşmış və bu vaxt İfadə əlindəki açarı fırladaraq ona sataşmaq istədi. O, isə İfadə Şükürovaya fikir verməmiş və öz yoluna davam etmək istəmişdir, bir qədər getmişdir ki, İfadə onun arxasınca nalayiq ifadələr işlətməyə başlamışdır. O, da İfadəyə iradını bildirmişdir. Bu zaman İfadə ilə onun arasında mübahisə yaranmışdır. İfadənin qızı Cahan da binanın həyətinə düşmüş və aralarındakı mübahisənin şahidi olmuşdur. Mübahisə zamanı İfadə Şükürova binanın giriş hissəsində qoyulmuş taxta stulu götürüb onun baş nahiyəsinə vurmaq istəmişdir. Bu zaman o, sağ qolunu yuxarı qaldırmışdır ki, taxta stul onun başına dəyməsin. Nəticədə isə taxta stul onun sağ qol və sol gicgah nahiyəsinə dəymiş və ona xəsarət yetirmişdir. X1 Şükürov ona məxsus yaşayış evinin fabrik üsulu ilə hazırlanmış giriş qapısının üz tərəfini, gözlüyünü və cəftənin blokunu vuraraq əzmiş və ona nəticədə 120 manat maddi ziyan dəymişdir. X6 barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Barışmalarını nəzərə alıb inzibati işin icraatına xitam verilmsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş qapısını qəsdən küt alətlə vurub sındıraraq sonuncuya 120 manat məbləğində maddi ziyan vurduğuna görə Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Sənan Şahmarlı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 01 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğu üçün, həmin şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞnin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. 01 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda istinad edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində zərərçəkmiş şəxsə ümumlikdə 120 manat maddi ziyan dəydiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 məxsus fərdi yaşayış evinin giriş qapısını sındrımaqla sonuncuya 120 manat maddi ziyan vurması və bununla da İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tərəflərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Barışmalarını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş, barışdıqlarını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1 və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanı tamamilə ödədiyindən və Zərərçəkmiş şəxs ilə barışdığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar