Məhkəmə qərarları › İş №3(050)-1850/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1850/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1850/2024 04.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X4 iştirakları ilə. X4 Masallı Rayon Polis X13 xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Masallı Rayon Polis X13 xidmətinin polis baş leytenantı X6 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 29 avqust 2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 19:21-də Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə İXM-nin 327.2 və 329.1-ci maddəsinin tələblərini pozmağı qeyd edilmişdir. Halbuki qərarın istinad edildiyi protokolda bunların heç biri qeyd edilməmişdir. Protokolda hadisənin harada baş verməsi, ümumiyyətlə hansı hadisənin baş verməsi, inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Yol polis əməkdaşı idarə etdiyi avtomobili Boradigah-Masallı yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində saxlayaraq şifahi olaraq ona əvvəlcə avtomobilə dair sənədlərin olmamasını, sonra isə kəmər vurmamağını, daha sonra şüşənin rənginin normativdən artıq tünd olmasını bildirmişdir. Qadir Salmanov bunlara etirazını bildirib sübut tələb etdikdə isə, avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu qeyd edilmişdir. Halbuki həmin ərazidə heç bir ötmə əməliyyatı həyata keçirməmişdir. O, barəsində tərtib edilmiş protokolun surətini istəsə də, yol polis əməkdaşı bu barədə ona hər hansı sənəd verməmiş, ümumiyyətlə orada hər hansı sənəd tərtib etməmiş, hüquqlarını izah etməmişdir. O, dərhal DİN-nin 102 qaynar xəttinə zəng edərək, bu barədə bildirmişdir. Daha sonra Masallı RPŞ-nə gedib DYPB-nin əməkdaşları ilə əlaqə saxlamışdır. Ötmə hərəkəti etməyinə dair videogörüntünü tələb etmişdir. Ona həmin görüntülərin göstəriləcəyi bildirilsə də, hər hansı görüntü göstərilməmişdir. Səhəri günü yenidən Masallı RPŞ-nin DYPB-nə gedib tələb etdikdən sonra ona xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol verilmişdir. Mübahisəli qərarda xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmağına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinməyi göstərilsə də həmin qərarın istinad edildiyi xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda hansı hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməyi, konkret olaraq təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyi və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmağı göstərilməmişdir. Bütün bunlar əməlində İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Bundan başqa barəsində protokol tərtib edilərkən hüquqları izah edilməmiş, protokolla tanış olmağına, ona qeydlər verməyinə şərait yaradılmamış, protokolun surəti ona tərtib edilmə tarixindən bir gün sonra verilməmişdir. Hətta barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarının və İXM-nin tələblərinin yol polisi tərəfindən pozulmasını göstərir. Heç bir inzibati pozuntuya yol vermədiyi halda, inzibati qaydada cərimə edilməsinə dair hesab edir ki, inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmağı qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayəti eyni məzmunda əsaslandıraraq, əlavə olaraq bildirdi ki, ola bilər ki, təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Lakin o, nəqliyyat vasitəsini idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul edən Masallı Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə şikayətə baxılmasını mümkün hesab etmişdir. İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X8 19 avqust 2024-cü il tarixdə saat 19:21 radələrində “AUDİ Q7 MİNİK” markalı **-EV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayon ərazisində idarə edərkən Azərbaycan Respublikası DİN-in BDYPB-in YPX-in Masallı Rayon Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü X4 İXM-nin 329.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələrinə əsasən 100 manat cərimə edilmişdir. İş materiallarına olan kompakt diskdə YPX avtomobilinin qeydiyyata aldığı videgörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X8 tərəfindən “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə” əməliyyatı aparması müşahidə olunmamışdır. Lakin videogörüntüdən görünür ki, Masallı rayonu Yol Patrul Xidməti baş inspektor polis baş leytenantı X9 tərəfindən verilmiş suala cavab olaraq sürücü X8 nəqliyyat vasitəsini idarə edən zaman “təhlükəsizlik kəmərindən istifadə etmək” fikrindən çıxmışdır cavabını vemişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İnzibati xəta haqqında qərardan və inzibati icraat haqqında protokoldan göründüyü kimi, “AUDİ Q7 MİNİK” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması əsası ilə, X5 İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.2-ci maddələri ilə inzibati icraat başlanılmışdır. Lakin işin hallarına əsasən, X3 təhlükəsilik kəmərindən istifadə etmədiyi müəyyən olunsa da əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulması aşkar olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, səlahiyyətli şəxs X4 inzibati məsuliyyətə cəlb olunmasını kifayət qədər araşdırmamışdır. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlərlə də, bu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcəllənin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: -134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; -134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; -134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; -134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, səlahiyyətli şəxs inzibati xəta törətmiş X8 barəsində gəldiyi nəticə üçün müəyyən edilmiş iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, onun nəqliyyat vasitəsini idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması iş üçün əhəmiyyətli olan hal kimi sübuta yetməmişdir. Belə olan halda İXM-nin 134.1.2 və 135.1.3-cü maddələrinə əsasən qərar dəyişdirilməli, X1 Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 115, 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Masallı Rayon Polis X13 xidmətinin polis kapitanı X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X8 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar