Məhkəmə qərarları › İş №3(050)-1853/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1853/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1853/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X6 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində tərtib edilmiş, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılması, iş üzə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq, ədalətli qərar qəbul edilməsi üçün zəruri olduğundan hadisə vaxtı avtomobilini saxlayan yol polis inspektorlarının onunla danışığının yaxasında olan diktafon yazısı və həmin yol polis əməkdaşlarının xidməti avtomobilinin hadisə vaxtı olan kamera görüntüsünün, həmçinin avtomobilinin duracağa daxil olması və çıxması ilə bağlı kamera görüntülərinin götürülməsini barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2023-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 242.2.2, 242.4-cü maddələrinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 09:30-da Masallı şəhəri H.Əliyev prospektində VAZ 21013 markalı ** FE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamamağını, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi, normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi qeyd edilmişdir. Halbuki belə hallar olmamışdır. O, qeyd olunan yerdə avtomobili saxlayıb çörək alıb geri qayıdarkən avtomobilinin arxasında yol polis avtomobili dayanmış və yol polis əməkdaşı Vüsal Məmmədov onu çörək aldığı yerdən çağırmışdır. Yəni yol polis əməkdaşı onu avtomobildə deyil, küçədə çağırmışdır. Avtomobilin yük yerini açmağını demiş, o, da avtomobilin arxa yük yerini açdıqdan sonra ora baxıb, yanında olan həmkarına avtomobili duracağa aparmağı demişdir. Ona isə boş protokol blankına imza etməyini demişdir. O, da protokolu doldurulduqdan sonra oxuyub imzalayacağını bildirmişdir. Vüsal Məmmədov isə xüsusi rabitə vasitəsini işləy vəziyyətdə ondan avtomobildə qızıl-zinyət əşyaları olubolmamasını soruşmuş, qızıl-zinyət əşyası olmadığını bildirdiyindən sonra isə xüsusi rabitə vasitəsini söndürüb ünvanına nəlayiq ifadələr işlətmişdir. Təxminən 1 ay əvvəl Vüsalın özünün də iştirak etdiyi bir neçə yol polis əməkdaşı onu şərləyərək, onun polis əməkdaşlarını təhqir etdiyinə dair sənədləşmə tərtib edib məhkəməyə verdiklərindən oxşar vəziyyətlə üzləşməmək üçün oradan kənarlaşmışdır. Avtomobilin ban şüşəsinə örtüklərin çəkilməsinə gəlincə idarə etdiyi avtomobil VAZ 21013 markalı olmaqla belə avtomobillərdə ban şüşəsi olmur. Avtomobildə hər hansı avadanlıq quraşdırmamışdır. Barəsində olan qərarda konkret olaraq hansı avadanlığın quraşdırılması göstərilməmişdir. Bundan başqa barəsində protokol tərtib edilərkən hüquqlarını izah edilməmiş, protokolla tanış olmağına, protokola qeydlər verməyinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Hətta barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 29 oktyabr 2023-cü il tarixdə saat 09:30 radələrində Masallı şəhəri H.Əliyev prospekti ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.2.4 və 342.2.2-ci maddələrinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 29 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.2.4 və 342.2.2-ci maddələrinə ilə protokol tərtib edilmişdir. Masallı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 342.2.2-ci, 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətmişdir. xx.xx.2023-cü il tarixli Avtonəqliyyat vasitəsini saxlanca qəbulu barədə Aktdan görünür ki, X3 idarə etdiyi 77FE526 dövlət qeydiyyat nişanlı VAZ 21013 markalı nəqliyyat vasitəsi duracağa gətirilmişdir. Hadisə ilə əlqədar DYPB-nə verdiyi izahatında X4 göstərmişdir ki, avtomobilində olan əlavə avadanlığı aradan qaldırmış, avtomobili ona təhvil verildi, ona yazılmış 150 manat cərimə ilə tanış olmuş, heç bir şikayəti tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, İnzibati Xəta haqqında protokol və qərarla, iş materillarına əlavə edilmiş avtomobilin fotoşəkilləri, inzibati xəta törətmiş şəxsin izahatı ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar