Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1854/2023 01.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxxx 1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(050)- 805/2021 nömrəli icra sənədinə əsasən 01 noyabr 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-132/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq, hər ay üçün 130 manat müəyyən olunmuş və cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(050)-805/2021 nömrəli icra sənədinə əsasən 01 noyabr 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-132/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq, hər ay üçün 130 manat müəyyən olunmuş və ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu müntəzəm şəkildə ödəyir. Hazırda icra sənədi üzrə 700 manat aliment borcu yaranmışdır. Həmin borcundan 100 manat ödəniş edir. Bundan başqa gələcəkdə aylıq aliment borcu ilə yanaşı əlavə ödənişlər edərək aliment borcunu tam şəkildə ödəyəcək. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir inzibati icraata xitam verilsin. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(050)- 805/2021 nömrəli icra sənədinə əsasən 01 noyabr 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-132/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq, hər ay üçün 130 manat müəyyən olunmuş və cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs hazırda icra sənədi üzrə 700 manat borcu yaranmışdır. Bundan başqa borcundan 100 manat ödəniş edir. Borclu hər ay müntəzəm olaraq aliment borcunu ödəyir.Protokolun tərtib edilməsinə səbəb tələbkarın borcunu tam tələb etməsidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(050)-805/2021 nömrəli icra sənədinə əsasən 01 noyabr 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-132/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq, hər ay üçün 130 manat müəyyən olunmuş və cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə 700 manat borcu yaranmışdır.Həmin borcundan 100 məhkəmə iclasında ödəmişdir. O, aliment borcunu tam olaraq tələb edir. Odur ki, borcun ödənilmədiyi tədqirdə ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə borclunu, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda olan borcundan müntəzəm olaraq ödənişlər edir və borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bundan əlavə məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43,53, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-1854/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1854/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver