Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1855/2023 01.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Həzi Aslanov küçəsi ev 113-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Masallı rayonu ərazisində “Mercedes” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində radələrində Masallı rayonu ərazisində “Mercedes” minik markalı, ** SP *** dövlət qeydiyyat dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomobilin qeydiyyat nişanı üzərində olmadığından tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomaşını sərxoş halda idarə etməsi müəyyən edilmiş, o, alkoqol sərxoşluğunda olmuşdur. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Masallı rayonu ərazisində “Mercedes” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olmuşdur. Avtomaşının dövlət qeydiyyat nişanı üzərində olmadığından Masallı YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomaşını idarə etmək hüququ olmadan sərxoş halda idarə etməsi müəyyən edilmiş, sərxoşluq dərəcəsinin yoxlanılmsası ilə bağlı yoxlamış, müayinə zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi aşkar olunmuşdur. Etdiyi əməldən peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Sonda Şəxs cərimə ödəməyə imkanı olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Masallı rayonu ərazisində “Mercedes” minik markalı, ** SP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 641974 saylı alkoltestin nəticəsindən görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuş, Şəxs alkoltestin nəticəsini imzası ilə təsdiq etmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır, əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 01 noyabr 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Muradov X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1855/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1855/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver