Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1861/2024 26.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 26 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs DİN-nin 102 xidmətinə zəng edərək, evində münaqişə baş verdiyini, bıçaqla adam öldürəcəyini və günahı başqasının boynuna atacağını bildirmişdir. Daxil olmuş məlumat əsasında polis əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmış və Şəxs yaşadığı ünvana getmişlər. Polis əməkdaşları Şəxs yaşadığı evin həyətində olan zaman onun spirtli içkinin təsiri altında arvadı X1-təhqir etməsini görmüşlər. Onlar Şəxs sakitləşdirmək istəsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, özünü qeyri-səmimi apararaq, qanunazidd hərəkətlərinə son qoymadığı üçün Masallı Rayon Polis X9 Bölməsinə gətirilmişdir. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə bir qədər spirtli içki qəbul edib həyat yoldaşı Aysel Mirzəyevaya zəng edərək, içkili olduğunu evə gələn zaman onu danışdırmamasını bildirmişdir. Evə gəldikdən sonra arvadı Aysel Mirzəyeva ilə aralarında mübahisə baş vermiş və Ayseli söyməyə başlamışdır. Daha sonra polis əməkdaşları onların evinə gəlmiş onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına tabe olaraq polis şöbəsinə gəlmişdir. Arvadı Ayselə qarşı nalayiq ifadələr işlətsə də, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Etmiş olduğu əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərdi ki, əri Şəxs mütəmadi olaraq evdə münaqişə yaradır, onu və azyaşlı uşaqlarını söyübtəhqir edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində Şəxs spirtli içkinin təsiri altında evə gələrək, həmişəki kimi onu və uşaqlarını söyüb təhqir etmişdir. Daha sonra bıçaqla ona hücum çəkmiş, bıçağı onun əlindən almış və həyətə tullamışdır. Faiqin bu hərəkətlərinə görə DİN 102 xidmətinə zəng edərək, məlumat vermiş, çox keçmədən polis əməkdaşlarını hadisə yerinə gəlmişdir. Faiq polis əməkdaşlarının yanında da yaşadığı evin həyətində və küçədə onu söyüb-təhqir etmişdir. Onun hərəkətlərinə qonşular da şahid olmuş, lakin onun qorxusundan heç kim bir söz deyə bilmir. Hazırda Şəxslə barışmamış, məhkəmədən onun barəsində həbslə əlaqədar tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Boradigah PBdə əməliyyat-istintaq qrupunda olarkən, X2 DİN-nin 102 xidməti zəng mərkəzinə ünvanladığı müraciət ilə bağlı Qızılavar kəndinə, Aysel Mirzəyevanın yaşadığı ünvana getmişlər, onlar hadisə yerinə çatdıqda Şəxs arvadı Aysel Mirzəyevanı yaşadığı evin həyətində söyüb-təhqir etdiyinin şahidi olmuşlar. Həmin vaxt onlar Faiqi nizam-intizama dəvət etmiş, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymamış, arvadı Aysel Mirzəyevanın üstünə gedərək, onu vurmaq istəmişdir. Daha sonra Faiq küçəyə çıxıb uca səslə yenidən Aysel Mirzəyevanı söyüb-təhqir etmişdir. Etdiyi qanunazidd hərəkətlə bağlı Şəxs Boradigah PB-nə dəvət edilmiş, o yenidən tabesizlik göstərərək, öz hərəkətlərini davam etdirmiş, onlara ciddi şəkildə müqavimət göstərmişdir. Daha sonra onlar Şəxs məcbur olub maşına əyləşdirib, Boradigah PB-nə gətirmiş və növbətçi hissəyə təhvil verilmişlər. Bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X8 ilə eyni məzmunlu izahat verərək, həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin izahatları habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM 535.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəyə münasibətdə qeyd edir ki, bu hal Şəxs məsuliyyətdən yaxa qurtarması, özünü müdafiə xarakter daşıması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə həmin ifadəni mümkün sübut növü kimi qəbul etmir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək, Masallı Rayon Polis Şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi, habelə eyni inzibati xətanı il ərzində üç dəfə təkrar törətməsi əməlində məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 25 sentyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1861/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1861/2024
26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver