Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1862/2024 02.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Yardımlı rayonu, Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Təklə kəndində yaşayan, Şəxs barəsində Masallı Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Masallı rayonu, Şərəfə kəndinin ərazisində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında göstərdi ki, Masallı rayon Şərəfə kəndində yaşayan Şahid xx.xx.2024-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək, keçmiş nişanlısı Şəxs onunla cinsi əlaqədə olduğunu bildirmiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa, Masallı rayon Şərəfə kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, 2023cü il tarixdə xx.xx.2007-ci il təvəllüdlü qızı Şahid ad olduğu Masallı rayon Təklə kənd sakini Şəxs tərəfindən cinsi əlaqədə olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 21:20-də Masallı RMX-dan həkim Ə.İbrahimov Masallı RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Masallı rayonu Şərəfə kənd sakini 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “hər iki əlin baş hissəsinin küt travması və sağ əlin 2-ci barmağının cırılmış yarası" diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Bundan əlavə, Masallı rayon Şərəfə kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 19 radələrində yaşadığı Masallı rayonu Şərəfə kəndi ərazisində yerləşən fərdi yaşayış evində bacısı oğlu Şəxs tərəfindən döyülməsini bildirmişdir. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən həmin maddə ilə ********* saylı cinayət işi başlanmış, xx.xx.2024-cü il tarixdə həmin cinayət işi Masallı rayon Prokurorluğundan Masallı RPŞ-nin İB-yə göndərilmiş və xx.xx.2024-cü il tarixdə cinayət işinin istintaqının davam etdirilməsi Masallı RPŞ-nin İstintaq Bölməsiin müstəntiqi Saday Mehrabova həvalə edildiyindən həmin tarixdə icraata qəbul edilərək istintaqı aparılmışdır. Müstəntiq tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən təqsirləndirilən şəxs Şəxs 07 iyun 2024-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, həmçinin Zərərçəkmiş şəxs döyülməsinə dair hissədə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs onun ögey xalasıdır. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. Şahid isə ögey xalası Zərərçəkmiş şəxs qızıdır və 2022-ci ilin qış aylarında dəqiq xatırlamadığı tarixdə onunla evlənmək məqsədi ilə nişanlaşmış, lakin, hazıradək toy məclisləri olmamışdır. O, ara-bir spirtli içki qəbul edir. Mütəmadi olaraq Şahid yaşadığı evə gedərək onunla söhbət etmiş, lakin, hazıradək Şahid ilə cinsi əlaqədə olmamışdır. Ögey xalası Zərərçəkmiş şəxs qızı Şahid onunla ailə qurmaqdan imtina etməsi barədə ona məlumat versə də o, Ləzifənin sözlərinə inanmamışdır. Nişanlısı Şahid isə ona əgər onu sevirsə yaşadığı evə köçüb ailə üzvləri ilə birlikdə yaşamağını ondan istəmişdir. Buna görə də o, Aytənlə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə nişanlısı Aytən onun istifadəsində olan mobil telefonuna zəng edərək, onun yaşadığı evə köçüb ailə üzvləri ilə birlikdə yaşamağını ona bildirmişdir. Həmin vaxt o, nişanlısı Şahid ilə razılaşaraq sonuncunun yaşadığı Masallı rayonu Şərəfə kəndinə getmiş, həmin vaxt Aytənin yaşadığı evin həyətinə daxil olmuş və bundan xəbər tutan nişanlısının anası Zərərçəkmiş şəxs Aytəni başqası ilə evləndirəcəyini və çıxıb getməyini ona bildirmişdir. O da buna görə Ləzifənin onu yaşadığı evin həyətindən qovduğu üçün yaşadığı Masallı rayonu Təklə kəndi ərazisində yerləşən evinə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə nişanlısı Şahid anası Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, sonuncunun yaşadığı evə getməyini ondan xahiş etmişdir. Həmin vaxt saat 19 radələrində o, Şahid yaşadığı evə getmiş, ora çatdıqda Zərərçəkmiş şəxs onu qarşılayıb görüşərək salamlaşdıqdan sonra onunla söhbət etməyə başlamışdır. Orada olan Aytənin ona çay gətirdiyini görən Zərərçəkmiş şəxs Aytənin üzərinə uca səslə qışqırıb stəkanı yerə qoymasını və ona heç nə verməməsini demiş, sonra Ləzifə ondan mobil telefonunu ona verməyini istəmişdir. O, özünə məxsus olan mobil telefonunu Ləzifəyə verdikdə sonuncu onun mobil telefonunu format edərək içindəki bütün faylları silib ona geri qaytarmış və onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlədərək polis çağıracağını bildirmişdir. Həmin vaxt evdə olan Şahid atası X1 da onunla mübahisə etməyə başlamış və sonuncu ilə arasında mübahisə yaranmış, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu yaşadığı evin həyətinin giriş qapısından çıxarıb getməyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs döyməmiş və sonuncu ilə arasında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ilə arasında yaranmış mabahisə zamanı orada Zərərçəkmiş şəxs ailə üzvləri olmuş və başqa heç bir şəxs olmamışdır. 2024-cü ilin aprel ayında nişanlısı Şahid özünün çılpaq şəkillərini mobil telefonu vasitəsilə çəkərək onun istifadəsində olan "whatsapp ani danışıq sistemi” vasitəsilə nömrəsinə göndərmişdir. X4 və Zərərçəkmiş şəxs onun barəsində Masallı RPŞ-yə şikayət etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olan və yaşayan Şahid onun qızıdır. Masallı rayonu Təklə kəndində yaşayan Şəxs onun bacısının ögey oğludur. xx.xx.2022-ci il tarixdə qızı Şahid ilə Şəxs evlənmək məqsədilə nişanlanmışlar. Həmin vaxtdan 2024-cü ilin aprel ayınadək aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibətləri olmamışdır. Sonradan qızı Şahid ona Vüsal ilə onun yaşadığı Masallı rayonu Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin özünə məxsus otağındakı çarpayının üzərində ilk dəfə 10 yanvar 2023-cü il tarixdə saat 20 radələrində qeyri-təbii yolla cinsi əlaqədə olmasını, həmçinin həmin vaxtdan hazıradək 3 dəfə qeyri-təbii yolla cinsi əlaqəyə girməsi barədə məlumat vermişdir. Bundan sonra o, əsəbiləşmiş və qızına qəti şəkildə Vüsal ilə evlənməsinə icazə vermədiyini bildirmişdir. Həmçinin qızı Şahid da Şəxs spirtli içki aludəçisi olması səbəbindən onunla ailə qurmaqdan imtina etməsi barədə Vüsala demişdir. xx.xx.2024-cü il tarixdə Şəxs onun yaşadığı evə gedib bütün ailə üzvlərinin üzərinə uca səslə qışqırıb Aytəndən ayrılmaq istəmədiyini demişdir. Buna görə də o, Vüsalı evin həyətindən çıxarmağa çalışarkən Vüsal həyətin giriş qapısının layını qəsdən bağlayıb onun bədəninin müxtəlif nahiyələrinə bədən xəsarətləri yetirmişdir. Buna görə də o, şikayət etmək qərarına gəlib bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir Hazırda Şəxs barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, xx.xx.2007-ci il təvəllüdlü olmaqla anası və nənəsi ilə birlikdə Masallı rayonu, Şərəfə kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Masallı rayonu, Şərəfə kənd orta məktəbin 9-cu sinifi bitirdikdən sonra məktəbdən çıxmış və təhsilini davam etdirməmişdir. Ögey xalası oğlu Masallı rayonu, Təklə kəndində yaşayan Şəxs ilə xx.xx.2022-ci il tarixdə evlənmək məqsədilə nişanlanmışdır. Nişanlandıqdan sonra Şəxs ilə mütəmadi olaraq öz yaşadığı Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evində görüşüb söhbət etmişdir. 10 yanvar 2023-cü il tarixdə anası və digər ailə üzvlərinin evdə olmadığı vaxtda Şəxs ilə mobil telefonda söhbət edən zaman ona evdə tək olduğunu demişdir. Vüsal da ona evinə gəlmək istədiyini bildirmiş və o da sonuncu ilə razılaşmışdır. Həmin gün saat 20 radələrində Şəxs Masallı rayonu, Şərəfə kəndinə yaşadığı evə getmiş və onunla söhbət etməyə başlamışdır. Vüsal ona nişanlı olduqlarını və gələcəkdə evlənəcəklərini buna görə də onunla cinsi əlaqəyə girmək istədiyini bildirmiş və o da Vüsalla evlənəcəyini düşündüyü üçün etirazını bildirməmişdir. Həmin vaxt onun yatdığı otaqda yerləşən çarpayının üzərində təxminən qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. O, həmin vaxt Vüsala heç bir narazılığını bildirməmiş və daha sonra Vüsal onun yaşadığı evdən çıxıb getmişdir. Həmin tarixdə onun 16 yaşı tamam olmamışdır. Sonrakı aylarda dəqiq xatırlamadığı tarixlərdə Şəxs onun yaşadığı evdə ailə üzvlərinin evdə olmamasından istifadə edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Dəqiq xatırlamadığı tarixlərdə Şəxs 4 dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Vüsal ilə whatsapp ani danışıq sistemi vasitəsilə söhbət edən zaman sonuncu ondan çılpaq şəkillərini ona göndərməyini istədiyi üçün Vüsala 2 dəfə dəqiq xatırlamadığı tarixlərdə çılpaq şəkillərini göndərmiş və həmçinin Vüsal da öz çılpaq şəkillərini ona göndərmişdir. Sonradan Şəxs mütəmadi olaraq onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyi üçün o, sonuncudan ayrılmağı qərarlaşdırıb bu barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Şəxs yaşadıqları evə gedib bütün ailə üzvlərinin üzərinə uca səslə qışqırıb ondan ayrılmaq istəmədiyini demiş, buna görə də anası Zərərçəkmiş şəxs Vüsalı həyətdən çıxarmağa çalışarkən sonuncu həyətin giriş qapısının layını qəsdən bağlayıb anası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bədən xəsarətləri yetirmişdir. Buna görədə anası Zərərçəkmiş şəxs şikayət etmək qərarına gəlib bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi faktı üzrə əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinib tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Masallı RŞ-yə göndərilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarda istinad edilmiş təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 341 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu və sağ əlin İV barmağının orta falanqa nahiyəsinin sıyrığı və sol bazu nahiyəsinin qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmiş, törənmə müəddəti qərarda qeyd olunan 28 aprel 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Masallı rayonu, Şərəfə kəndinin ərazisində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin sanksiyası daxilində tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1862/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1862/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver