Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1864/2024 11.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1985-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Volkswagen Transporter yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı- Təzə Alvadı yolunun Köhnə Alvadı kənd yolunda yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 yüngül bədən xəsati dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə Masallı rayonu Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olduğum zaman Könhə Alvadı kəndindən keçdiyi zaman solun sol kənarında dayısı oğlunun dayandığını görmüş və idarə etdiyi avtomobili saxlamışdır ki, dayısı oğlunu avtomobilinə götürsün, həmin vaxt Sucayət adlı şəxs yolun sağ tərəfində dayanacağın yaxınlığında dayanmışdır. O, avtomobili arxaya verdiyi zaman Sucayətin avtomobilin arxasında olduğunu görməmiş və avtomobil ona toxunaraq yerə yıxılmışdır. Dayısı oğlu ona saxla işarəsi vermiş oda saxlamşdır. Həmin vaxt o, yol nişanına dəydiyini zənn etmişdir. Maşını saxlayıb maşının arcasına keçdiyi zaman həmin şəxsin ayaq üstə olduğu, üst-başının tozlu olduğunu və qolunun sıyrıldığını görmüşdür. Lakin artıq qeyd olunan inzibati xəta ilə bağlı Masallı Rayon Məhkəməsində işə baxılmış və o, 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-1613/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin Masallı Rayon Polis şöbəsi yenidən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu məhkəməyə göndərərək Şəxs inzibati məhsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İXP ******* saylı protokola əsasən Şəxs barəsində Masallı Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, başlanmış icraata isə xitam verilir. Beləliklə hazırkı iş üzrə Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokola Masallı Rayon Məhkəməsində baxılaraq yekun məhkəmə aktı qəbul olunduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1864/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1864/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver