Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1867/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində köhnə Ələt-Astara avtomobil yolunun 143-cü km-də idarə etdiyi “Opel Astra” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə nəzarət qaydasında saxlanıldıqda avtomobili sürücülük hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində “Opel Astra” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara yolunun 143-cü km hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğundan YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun sərxoş olmasından şübhələndikləri üçün müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Hazırda etdiyi əməldən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Lənkəran Rayonlararası Narkoloji Xəstəxanası tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 299 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan Şəxs “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komisiya” tərəfindən verilmiş 10 avqust 2024-cü il tarixli, M/V 156238 saylı vəsiqədən görünür ki, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İnzibati xəta törətmiş Şəxs əməlində səmimi peşman olması, ilk dəfə inzibati xəta törətməsi və veteran olması inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-1867/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1867/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver