Məhkəmə qərarları › İş №3(050)-1869/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1869/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1869/2023 16.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yardamlı rayonu Avun kəndində qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş 23 oktyabr 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 10:15 radələrində Masallı şəhəri, Heydər Əliyev küçəsində “VAZ 21061” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə sərnişin daşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin əməkdaşı tərəfindən xx.xx.2023cü il tarixdə saat 10:15 radələrində Masallı şəhəri, Heydər Əliyev küçəsində “VAZ 21061” markalı ** BD *** dövlət qeydiyyat nömrəli avtomaşının sürücüsü ünvan 1i ünvanında yaşayan Şəxs idarə etdiyi avtomaşınla sənişin daşıma fəaliyyəti ilə məşğul olmaqla müvafiq icra hakimiyyəti orqanının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmasına, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşına təqdim etməməsinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmiş, avtomaşının fotoşəkli yerindəcə çəkilmiş və barəsində xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən seriya MN ******* nömrəli protokol tərtib edilmişdir. Sürücünün protokola imza etməkdən və protokolun surətini almaqdan imtina etməsi barədə tərtib olunmuş protokolda müvafiq qeydlər aparılmışdır. Tərtib olunmuş protokolun surəti xx.xx.2023-cu il tarixdə bildirişlə poçt vasitəsi ilə nəqliyyat vasitəsinin sürücüsünün ünvanına göndərilmişdir. Sonda P.M.Rzayev Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “VAZ 21061” markalı ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur, lakin fərqlənmə nişanı və icazə sənədi almamışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 10:15 radələrində Masallı şəhəri, Heydər Əliyev küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, taksi fəaliyyəti ilə məşğul olması üçün icazə sənədi və fərqlənmə nişanı tələb edilmişdir. İdarənin əməkdaşına heç bir icazə sənədi və fərqlənmə nişanı təqdim etməmişdir. Bu səbəbdən barəsində inzbati xəta haqqında protkol tərtib edilərək məhkəməyə verilmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 10:15 radələrində Masallı şəhəri, Heydər Əliyev küçəsində “VAZ 21061” markalı ** BD *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə sərnişin daşıma fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş tələb olunmuş sənədləri təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və barəsində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar