Məhkəmə qərarları › İş №3(050)-187/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-187/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-187/2024 13.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, H.Aslanov küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 18 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şəbəsinin 11 may 2023-cü il tarixli, MN ******* saylı qərarını, 12 iyun 2023-cü il tarixli, MN ******* saylı qərarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şəbəsinin 15 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin X6 Yanğına Nəzarət şöbəsinin 07 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin X6 Yanğına Nəzarət şöbəsinin 07 dekabr 2022-ci il tarixli, ******* saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, maddi imkanı olmadığı üçün qeyd edilən qərarları ica edə bilməmişdir. Hazırda da tətbiq edilmiş cərimələri ödəməyə imkanı yoxdur. Sonda Şəxs ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X3 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X2 bildirdi ki, təmsil etdiyi qrum tərəfindən qəbul edilmiş qərarlar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş qərar icra edilməlidir. Sonda E.Y. Fətullazadə göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şəbəsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar üzrə “İcraata başlamaq haqında” qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şəbəsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar üzrə “İcraata başlamaq haqında” qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şəbəsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3700 (üç min yeddi yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar üzrə “İcraata başlamaq haqında” qərar qəbul edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 07 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin X6 Yanğına Nəzarət şöbəsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə 07 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərar üzrə “İcraata başlamaq haqında” qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında 13 may 2022-ci il tarixli, ******* saylı qərardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin X6 Yanğına Nəzarət şöbəsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə 13 may 2022-ci il tarixli, ******* saylı qərar üzrə “İcraata başlamaq haqında” qərar qəbul edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməli onun özünün səmimi etirafı ilə yanaşı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxsnın üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq olunarkən üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulsun. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar