Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1876/2023 02.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Cəbrayıl rayonu, Horovlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, yarımçıq qalmış ATS-in binasında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYİ-nin YPX Alayının Xİ Tağımının yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən 726 saylı postda saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili YPX əməkdaşları tərəfindən 726 saylı postda saxlanılmış, sənədləri yoxlanılmış, eyni zamanda onu həkim müayinəsinə təqdim etmişlər. Həmçinin, YPX əməkdaşları tərəfindən onun avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilmiş, eyni zamanda həkim müayinəsinə təqdim edildikdən sonra avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bir həftə əvvəl toy mərasimində narkotik vasitə qəbul etdiyindən qanından təmizlənməmişdir. Əməlindən peşmandır, bir də belə hallara yol verməyəcəkdir. Sonda S.V. Kərimov barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:02 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində “VAZ 21074” minik markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. 02 noyabr 2023-cü il tarixli, 001843 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə THC+ pozitiv (kannabinoid) aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs oğlnunu təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hal himayəsində 2 azyaşlə uşağının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Cəbrayıl Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1876/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1876/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver