Məhkəmə qərarları › İş №3(050)-1877/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1877/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1877/2023 02.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Seybətin küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masallı rayonu, Şərəfə kəndində ailə münasibətlər zəminində Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, X3 izahatında göstərdi ki, Masallı rayonu Şərəfə kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Coşqun adlı şəx tərəfindən döyülməsini göstərmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023- cü il tarixdə saat 22 radələrində Masallı rayonu, Şərəfə kəndindəki evində Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq sağ budun və döş qəfəsinin sol yarısının arxa hissəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Araşdırmanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində mübahisə baş vermiş, mübahisə zamanı Nərmin onun valideynləri barəsində xoşagəlməz sözlər dediyindən əsəbiləşərək onu yumruqla vurmuşdur. Hazırda əməlindən peşman olmuş, Zərərçəkmiş şəxs ilə barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Şəxs ilə əvvəllər aralarında ailə münasibətlər zəmində mübahisələri olmuşdur. Bir ildir Coşqunla qeyri rəsmi yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Coşqun onun valideyinlərinin ünvanına pis sözlər deməyə başlamışdır. Coşquna valideyinlərinin ünvanına pis sözlər deməməsini demişdir. Coşqun isə ona demişdir ki, yaxşı edib deyirəm, Coşquna demişdir ki, əgər mən sənin valideyinlərinin adına pis söz desəm xoşuna gələcək, bu sözləri deyən zaman Coşqun yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağ başlamış, sonuncunun vurduğu zərbələrdən ağrı hiss etdiyi üçün evdən həyətə çıxmış və Coşqunun sakitləşməsini gözləmişdir. 10-15 dəqiqədən sonra geri yaşadığı evə qayıtmışdır. Əvvəl bu barədə şikayət etmək istəməmiş, lakin sonradan baş vermiş hadisə barədə şikayət etməyə qərara gəlib xx.xx.2023-cü il tarixdə saat 10 radələrində DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda əri Coşqunla barışmış, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 27 sentyabr 2023cü il tarixli, 939 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ budun və döş qəfəsinin sol yarısının arxa hissənini qançırı müəyyən olundu, müəyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 10-15 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2023-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar