Məhkəmə qərarları › İş №3(050)-1885/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1885/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1885/2023 13.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 oktyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Qərardan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu Boradigah bələdiyyəsinin sədri vəzifəsində işləyir, onu vəzifəli şəxs kimi cərimə etmişlər. Halbuki qərarda heç yerdə onun bələdiyyə sədri olması barədə qeyd yoxdur. Belə olan halda o həmin qərarda fiziki şəxs kimi göstərilmiş, lakin barəsində vəzifəli şəxs kimi cərimə tətbiq olunmuşdur. Qeyd olunan hal qərarın düzgün olmadığını göstərir, həmçinin onun əməlində ümumiyyətlə hər hansı inzibati xəta tərkibi yoxdur. Çünki həmin ərazi ümumiyyətlə bələdiyyə ərazisi deyildir. Həmin ərazi başqa bir qurumun ərazisidir. Ümumiyyətlə Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tuiantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının və “məişət tullantıların ilə bağlı idarəetmənin təkmilləşdirilməsi” qaydalarına müvafiq olaraq tullantıların toplanmasını və yandırılması, "xxxx" ASC və yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları icra edir. Hazırkı iş üzrə zibil tullantıları yığılan torpaqda bələdiyyə mülkiyyətində deyildir. Belə olan halda ümumiyyətlə həmin tullantıların və onların toplanmasının bələdiyyəyə hər hansı aidiyyəti yoxdur və bələdiyyənin ümumiyyətlə zibil toplamaq kimi səlahiyyəti mövcud deyildir. Ekologiya İdarəsi düzgün araşdırma aparmamış, torpağın kimə məxsus olmasını, həmin tullantılara hansı qurumun nəzarət etməsini müəyyən etməmiş və qanunsuz qərar qəbul etmişdir. Buna görə onun əməlində qeyd olunan inzibati xətanın tərkibi yoxdur. Odur ki, qeyd olunan qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş şəxsə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 oktyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən 2000 manat inzibati cərimə olunmuşdur. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 82284 saylı aktından görünür ki, ətraf mühütün mühafizəsi qanunlarının tələblərinə riayət olunması məqəsdi ilə Masallı rayon ərazisində keçirilən reyd zamanı Masallı Rayon Boradigah qəsəbəsində Boradigah-Qumbaşı yolunun 80 km hissəsində yerləşən Boradigah zibil qəbul məntəqəsində tulantıların yandırılması faktı aşkar olunmuşdur. Aparılan araşdırmada Boradigah bələdiyyəsinin sədri Etibar Paşayevin iştirakını təmin etmək məqsədi ilə onunla telefon əlaqəsi saxlanılsada o, araşdırmada iştirak etməyəcəyini bildirmişdir. Etibar Paşayev araşdırmada iştirak etməsədə zibil qəbul məntəqəsinə yığılmış tullantıların tanımadığı adamlar tərəfindən yandırlmasını bildirmiş və zibil qəbulu məntəqəsinə yığılmış tulantıların zərərsizləşdirilməsi üçün Masallı Rayon MKTB ilə müqavilə bağlanması soruşulsada müqavilə ilə bağlı heç məlumat verməmişdir. Bununlada Boradigah bələdiyəsinin sədri X4 tərəfindən X5 haqqında və Atmaofser havasının müdafiəsi haqqında İstehsalat və məişət tulantıları haqqında qanunu tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 271.-ci maddəsinin dispozisiyasına görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 12ci maddəsində şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər göstərilmişdir. Həmin tələblərə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Qanunun 17-ci maddəsində qeyd olunmuşdur ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. Bələdiyyələrin statusu haqqında azərbaycan respublikasının qanunu 2-ci maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Həmin qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə işin hallarına əsasən qeyd edir ki, bələdiyyə sədri kimi Etibar Paşayev o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi bilavasitə onun fəaliyyətinin nəticəsində olsun, onun göstərişi ilə icra edilmiş olsun. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 82284 saylı aktından da göründüyü kimi, reyd zamanı Boradigah bələdiyyəsinin sədri Etibar Paşayev ilə telefon əlaqəsi saxlanılmış, o, zibil qəbul məntəqəsinə yığılmış tullantıların tanımadığı adamlar tərəfindən yandırlmasını bildirmişdir. Göründüyü kimi, onun təqsirinin olması barədə aktda heç bir mötəbər sübut yoxdur. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4.inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5.tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2.inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin vəzifəli şəxs Etibar Paşayev barədə gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olduğundan şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 130, 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Vəzifəli şəxs X2 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 oktyabr 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilsin. Qərardan 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar