Məhkəmə qərarları › İş №3(050)-1890/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1890/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1890/2024 04.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Masallı rayonu Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Masallı rayonu Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-53/2016 nömrəli 18 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21 iyul 2015-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 noyabr 2008-ci il təvəllüdlü X6 və 03 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 18600 (on səkkiz min altı yüz) manat məbləğində ödənilməmiş aliment borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-53/2016 nömrəli 18 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21 iyul 2015-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 29 noyabr 2008-ci il təvəllüdlü X4 və 03 fevral 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İcra sənədi 2016-cı ildə icra şöbəsinə daxil olmuş, həmin vaxt borclu borcunu ödəmədiyinə görə barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Eləcədə müvafiq icra hərəkətləri aparılmış, borclunun ölkədən çıxışına məhdudlaşdırılmışdır. 2016-cı ilin dekabr ayından borclu ilə əlaqə yaratmaq mümkün olmadığından barəsində axtarış elan olunmaqla onun məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu 2023cü il iyun ayında yaranmış borcundan 1200 manat ödəniş etmiş olsa da, hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 20320 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, tələbkara ödənilmlər etməsinə baxmayaraq həmin ödəniş qəbzlərini itirdiyindən etmiş olduğu ödənişləri sübut edə bilmədiyi üçün Masallı Rayon Məhkəməsinin icra sənədinə əsasən onun tələbkara hazırda 20320 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bakı şəhərində kirayədə yaşayır. İkinci dəfə qurmuş olduğu ailə həyatından bir nəfər qız övladı vardır və həmin azyaşlı uşağı onun himayəsindədir, onunla birlikdə yaşayır və həmin uşağın bütün tələbatlarını o, özü qarşılayır. Hazırda mövcud borcundan 1000 manat ödəmək iqtidarındadır. Beş gün sonrada 400 manat ödəyəcəkdir və bundan sonra hər ay 400 manat ödəniş edəcəkdir. Hazırda yenicə işə qəbul olunmuş və gündəlik 30 manat məvacib alacaqdır. Məhkəmədən himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 04 oktyabr 2024-cü il tarixdən, saat 12:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar