Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1891/2024 17.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1995-ci ildə Cəlilabad rayonunda doğulmuş, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində idarə etdiyi “VAZ 21074 Minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:45-də Masallı rayonu Qəriblər kəndi istiqamətindən üzü Masallı rayonuna doğru hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq uzaqvuran işıqlarından istifadə etdiyini demiş, o, isə razılaşmayaraq yaxınvuran işıqlardan istifadə etdiyini bildirmiş və maşını işə salıb bunu əyani olaraq göstərmişdir. Daha sonra polis əməkdaşı onu polis maşınına dəvət etmişdir. Oda getmişdir. Polis maşınında olduğu zaman polis əməkdaşı ona işkili olduğunu bildirmiş o, isə razılaşmayaraq içkili olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona alkotestrdən keçməyi təklif etmiş oda razılaşmışdır. Bundan sonra polis əməkdaşı ona alkotestrdən keçmək üçün polis şöbəsinə getməli olduqlarını bildirmişdir. Oda razılaşmış və polis şöbəsinə getmişlər. Şöbədə olduqları zaman polis əməkdaşı alkotestr aparatını çıxararaq ufləməsini bildirmişdir. Lakin polis əməkdaşı aparata yeni başlıq taxmamışdır. Oda spirtli içki içmədiyi üçün rahat şəkildə ufləmişdir. Nəticədə 0.4 promil olduğu müəyyən olundu. Polis əməkdaşlarına etiraz etdiyi zaman polis əməkdaşları ona narahat olmamasını yüngül olduğunu yoluna qoyacaqlarını bildirmişlər. O, təxminən bir gün öncə iki bakal spirtli içki olan pivə içmişdir. Həmin vaxtdan da artıq bir sutka keçmişdir. alkotestrin nəticəsi ilə razı olmadığına görə polis əməkdaşları onu xəstəxanaya analizə aparacaqlarını demişlər. Oda razı olmuşdur. Lakin onu həkim müayinəsinə aparmamışlar. Oda şöbənin içinə girərək şikayət etmiş, lakin şikayətinə baxmamışlar. Daha sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bundan sonra o, özü Masallı Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Lakin xəstəxanada onu müayinədən keçirməyərək şöbədən ona kağız verilməli olduğunu bildirmişlər. Oda polis şöbəsinə gedərək həmin kağızı tələb etmiş, lakin şöbədən ona hər hansı bir kağız verməmişlər. Şöbədə polis nəfəri işləyən Cəlilabadlı olan əməkdaş əgər günahsızlığını sübut etmək istəyirsə narkoloji dispanserə getməsini məsləhət görmüşdür. Oda Lənkəran rayonunda yerləşən Narkoloji dispanserə getmişdir. Həmin vaxt gecə saat təxminən 3-4 arası olmuşdur. Narkoloji dispanserdə onu müayinədə keçirməmişlər. Oda bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Alkotesterin nəticəsi ilə razılaşmır, özünü təqsirli bilmir. İşə əlavə edilmiş Masallı rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 22:45 radələrində idarə etdiyi “VAZ 21074 Minik” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən (alkotestr) görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.418 %) alkotestrın nəticəsi ilə razılaşmışdır. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən qəbzdən (alkotestr), habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1891/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1891/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver