Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1899/2024 09.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində üç azyaşlı uşağ olan, fərdi əməklə məşğul olan, Masallı Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2, Masallı RPŞ-nin PPXB-nün əməkdaşları Vasif Xəmmədov və Şahid1 inzibati binanın qarşısında xidmətdə olduqları vaxt inzibati binanın qarşısında şəxsiyyəti sonradan məlum olan, Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs uca səslə ünvansız söyüşlər söyərək, səs küy salmış, polis əməkdaşları həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etsələr də, lakin Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirdiyindən, o, polis əməkdaşları tərəfindən RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətlə bağlı rayon polis şöbəsinə dəvət olunduğu üçün, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Masallı RPŞ-nin giriş qapısında olduğu zaman polis əməkdaşından polis şöbəsinə çağırılmasını və inzibati binaya daxil olmaq istədiyini bildirmiş, həmin vaxtı polis əməkdaşı ondan dəfələrlə kim tərəfindən və hansı polis əməkdaşı tərəfindən çağırıldığını soruşduqda ona bilmirəm sözləri ilə cavab vermiş, kənara çəkilib özündən asılı olmayan səbəblərdən polis şöbəsinin qarşısında uca səslə səs-küy salmaqla ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman mənə polis əməkdaşları yaxınlaşıb ictimai qaydanı pozduğunu bildirib onu nizam-intizama dəvət etsələr də, lakin o həmin vaxt sərxoş olduğundan qanunsuz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozduğuna və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığına görə onu Masallı rayon polis şöbəsinə aparmışlar. Yol verdiyi əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Masallı RPŞnin inzibati binasını tərk edib xidməti əraziyə gedərkən, inzibati binanın qarşısında şəxsiyyəti sonradan məlum olan, Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs uca səslə ünvansız söyüşlər söyərək, səs-küy saldığını görüb, həmin şəxsə yaxınlaşmış, özünü təqdim etdikdən sonra onu nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Masallı RPŞnin 1-nömrəli postunda xidmətdə olan digər polis əməkdaşları Vasif Xəmmədov və Əlizaman X1suz hərəkətlərinə son qoyması ilə dəfələrlə nizam-intizama dəvət etsələrdə lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirdiyindən, onu RPŞ-nin inzibati binasına aparmışlar. Qeyd edilən səbəblərdən barəsində rportla şöbə rəisinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Masallı RPŞnin inzibati binasının giriş qapısında, 1 nömrəli postda xidmətdə olduğu zaman şəxsiyyəti sonradan məlum olan, Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs ona yaxınlaşıb polis şöbəsinə dəvət olunduğunu bildirmiş, Şəxs kim tərəfindən çağırıldığını bir neçə dəfə soruşduqda, o, kim tərəfindən çağırıldığını bilmədiyini deyib, bizdən uzaqlaşdıqdan sonra uca səslə ünvansız söyüşlər söyərək, səs-küy salarkən, həmin vaxtı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Şahid2 ona yaxınlaşmış, özümü təqdim etdikdən sonra onu nizamintizama dəvət etmişdir. Lakin, Şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Masallı rayonu Ərivan qəsəbə sakini Aqil Düniyev qanunsuz hərəkətlərinə son qoyması ilə dəfələrlə nizam-intizama dəvət edilsələr də lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirdiyindən, o, RPŞ-nin inzibati binasına aparılmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bundan sonra polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətdiyindən bu halı onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halı, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Duniyev X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1899/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1899/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver