Məhkəmə qərarları › İş №3(050)-19/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-19/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-19/2023 05.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Masallı rayonu Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Qədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Masallı rayonu, Qədirli kənd sakini X3 şəxsi münasibətlər zəmnində döyərək ona fiziki ağrılar yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X5 onun dayısı və qonşusudur.13 dekabr 2022-ci il tarixdə işdən evə qayıtdığı zaman arvadı ona dayısı Bahadırın həyətyanı sahələri arasında olan dəmir tor çəpəri sökərək yerində daş hasar inşa etdiyini demişdir.Bundan sonra o, həmin yerə getmiş və dayısı Bahadırın dəmir tor çəpəri sökdüyünü, orada olan lazımsız bir ağacı əyilərək balta ilə kəsdiyini görmüşdür.Bu zaman o dayısına “Allah qüvvət versin” demişdir.Dayısı isə qalxaraq onu söyüb təhqir etmiş və balta ilə üzərinə hücum çəkərək onu sol ayağından vurmuşdur.O, isə özünü müdafiə etmək məqsədi ilə dayısının əlində baltanı alaraq kənara atmış və dayısını itələyərək həyətinə salmışdır.Lakin dayısını vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir.Ümumiyyətlə spirtli içki qəbul edən deyildir.Maddi imkanı olmadığı üçün cərimə ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən ona həbslə bağlı cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır.Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxs tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 1023 nömrəli rəyində qeyd edilmişdir ki, X1 başın alın nahiyəsinin sıyrığı və aşağı dodağın haşiyəsinə qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərarvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Şəxs barəsində Masallı RPŞ-in Təhqiqat Bölməsinin təhqiqatçısı X6 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Ramil Zeynalov tərəfindən 05 yanvar 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun əməli inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən, saat 18:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Nəzərov X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar