Məhkəmə qərarları › İş №3(050)-1901/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1901/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1901/2024 28.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx.xx.1992-ci ildə Masallı rayonu Hacıtəpə kəndində doğulmuş, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 oktyabr 2024-cü il tarixdə Masallı rayonu Hacıtəpə kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozmuş, yəni qadağan olunmuş yerdə ov etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı S.Haxverdiyev tərəfindən 09 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, 01 oktyabr 2024-cü il tarixdə yaşadığı Masallı rayonu Hacıtəpə kənd ərazisində yerləşən sahədə üzərində qanuni ov silahı və 4 ədəd qaşqaldağ adlanan çöl quşu ovlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədən himayəsində 2 azyaşlı uşağının olmasını, arasının müharibə iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin rəisi, polis mayoru Zaur Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan, “Stoeger” markalı, 12 kalibirli, ******* nömrəli, tək lüləli ov tüfəngi, 25 ədəd patronlar, 1 ədəd yaşıl rəngli çanta, 1 ədəd silah üçün nəzərdə tutulmuş qab, 1 ədəd radio tipli meqafon və 4 ədəd qaşqaldağ cinsindən olan çöl ov quşlarını ovlanması müəyyən edilmişdir. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı, polis baş leytenantı Vasif Ağazadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 272.3-cü və 590.1-ci maddələrinin tərkibi olduğu üçün Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Materialda olan “Stoeger” markalı, 12 kalibirli, ******* nömrəli, tək lüləli ov tüfəngi, 25 ədəd patronlar, 1 ədəd yaşıl rəngli çanta, 1 ədəd silah üçün nəzərdə tutulmuş qab, 1 ədəd radio tipli meqafon və 4 ədəd qaşqaldağ cinsindən olan çöl ov quşları maddi sübut kimi tanınmalı və Masallı RPŞ-nin İTB-nə verilməsi, Qərarın surəti tərəflərə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, Toplanmış material Masallı RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında 09 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində 1000 (bir min) manat məbləğində cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar