Məhkəmə qərarları › İş №3(050)-1912/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1912/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1912/2024 28.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X5, Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Qəriblər kəndində yeləşən «Gilavar restoranı» adlı obyektin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 04 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Qəriblər kəndində yerləşən «Gilavar restoranı» obyektinin rəhbəri X4 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Gilavar restoranı» obyektinin rəhbəri X4 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Gilavar restoranı» obyektinin rəhbəri X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam sahəsinə nəzarəti həyata keçirən zaman Masallı rayonu Qəriblər kəndində yerləşən «Gilavar restoranı»nın reklamlarının müvafiq qaydada açıq məkanda yerləşdirilməsi faktı müəyyən edilmişdir. Həmin reklamların yayıcısıda X4 müəyyənləşdirilmişdir. Həmin şəxsə yazılı göstəriş ünvanlanmışdır. Həmin yazılı göstərişdə qeyd olunmuşdur ki, həmin reklamlar dayandırılsın, 5 gün müddətində Dövlət X8 Regional Reklam İdarəsinə müraciət etsin. İş materiallarından görünür ki, həmin yazılı göstəriş xx.xx.2024-cü il tarixdə ünvana çatdırılmışdır. Həmin şəxsə protokol tərtib olunması ilə bağlı iştirakının təmin edilməsi ilə əlaqədar bildiriş təqdim edilmişdir. Bildirişdə iclasın yeri və vaxtı barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilərkən həmin şəxsin iştirakı təmin edilmişdir. Protokol tərtib edilərkən yazılı göstərişdə göstərilənlərlə bağlı hər hansı tədbirlər görülməməsi müşahidə olunmuşdur və əməlində inzibati xəta tərkibi yarandığından barəsində İXM-nə müvafiq olaraq protokol tərtib edilmişdir. Protokoldan imtina etdiyinə görə ona məlumat üçün poçt vasitəsi ilə göndərilmişdir. Eləcədə protokola baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmçinin əvvəllər həmin şəxsin X10 ilə müqavilələrinin olması onun reklamla bağlı icazənin mövcud olmasının hüquqi baxımdan əhəmiyyətini dərk etmişdir. Odur ki, məhkəmədən inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işdə olan 000465 nömrəli “yazılı göstərişin”dən görünür ki, X2 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2024-cü il tarixli, 000465 nömrəli aktdan görünür ki, «Gilavar restoranı» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X9 İdarəsinin müfəttişləri və «Gilavar restoranı» obyektinin rəhbəri X1 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 04 oktyabr 2024-cü il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X9 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X3, X6 və fərdi sahibkar X1 iştirakları ilə xx.xx.2024-cü il tarixli, 000465 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı xx.xx.2024-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 04 oktyabr 2024-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən «Gilavar restoranı» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" və “inzibati xəta haqqında protokolu” sahibkar X4 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X4 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Gilavar restoranı» obyektinin rəhbəri X4 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Gilavar restoranı» obyektinin rəhbəri X1 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Gilavar restoranı» obyektinin rəhbəri X1 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Gilavar restoranı» obyektinin rəhbəri X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ:

1. Masallı rayonu Qəriblər kəndində yerləşən «Gilavar restoranı» obyektinin rəhbəri X4 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.

2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.

3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar