Məhkəmə qərarları › İş №3(050)-1915/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1915/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1915/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X6 Polisi bölməsi yol patrul xidməti inspektoru polis baş serjantı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Masallı rayonunda, Kəlbəhüseynli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonunda, Kəlbəhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 01:23 radələrində Masallı rayonu, H.Əliyev prospektində “Opel Astra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. 23 oktyabr 2024-cü il tarixdə və 30 oktyabr 2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə “Opel Astra” minik markalı nəqliyyat vasitəsində nasazlıq olduğuna görə usta sexinin qarşısında saxlamış, özü isə yaxınlıqdakı kafeyə getmiş, orada bir bakal pivə içdikdən sonra evinə doğru piyada hərəkət etməyə başlamışdır. Bu zaman Yol Patrul Xidmətinin Ruslan və Vüsal adlı əməkdaşları xidməti maşınlarını onun yanında saxlamış, onu maşına mindirmişlər. Aralarında bir qədər söhbət olduqdan sonra o Masallı Rayon Polis şöbəsinə aparılmış, sexin qarşısında olan etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini də Polis şöbəsində duracağa yerləşdirmişlər. Masallı Rayon Polis Şöbəsində ona hədə-qorxu gələrək nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməsi ilə bağlı etirafedici izahat almışlar. Əslində isə o nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Masallı Rayon Polis X6 Polisi bölməsi yol patrul xidməti inspektoru polis baş serjantı X2 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Yol Patrul əməkdaşlarına məxsus xidməti maşında hərəkətdə olan zaman Azərbaycan küçəsinə nəqliyyat vasitəsinin daxil olduğunu görmüşlər. Həmin nəqliyyat vasitəsinin sürücüsü şübhəli hərəkət etdiyi üçün onlar xidməti maşını geri döndərərək həmin nəqliyyat vasitəsinə yaxınlaşmaq istəmişlər. Maşının sürücüsü onları görən kimi yaxınlıqdakı sexin qarşısında nəqliyyat vasitəsini saxlayaraq özü qaçıb gizlənmişdir. Maşının kimə məxsus olması ilə bağlı araşdırma aparmış və Şəxs etibarnamə əsasında idarə etməsi müəyyən olunmuşdur. Həmin ətrafda 20 dəqiqəyə yaxın gəzişdikdən sonra üç nəfər şəxsin yolda piyada hərəkətdə olduğunu görmüşlər. Həmin şəxslərə yaxınlaşan zaman nəqliyyat vasitəsinin etibarnamə əsasında məxsus olduğu Niyazın onlarla birlikdə olmasını görmüş, aralarında olan söhbət zamanı Niyaz etiraf etmişdir ki, sexin qarşısında olan nəqliyyat vasitəsi ona məxsudur və içkili vəziyyətdə idarə etmişdir. Həmin vaxt Niyaz və yanındakı olan şəxslər Niyazın barəsində protokol tərtib edilməməsini və bu işin yoluna qoyulmasını xahiş etsələr də Niyaz və idarə etdiyi nəqliyyat vasitəsi polis şöbəsinə gətirilmiş və müvafiq sənədləşdirmə işləri aparılmışdır. Belə ki, Şəxs alkotestr müayinəsindən keçirilmiş və izahatı alınmışdır. Daha sonra barəsində protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tərtib edilmiş protokol ilə razıdır. xx.xx.2024-cü il tarixdə gecə saat 01:00 radələrində “Opel Astra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili içkili vəziyyətdə idarə etdiyini etiraf edir. İnzibati məsuliyyətdən yaxa qurtarmaq üçün nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməməsini bildirmişdir. Əməlindən peşman olmuş, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etdi. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “1 bakal pivə içmişəm, nəticə ilə razıyam” qeydi aparılmış və imza etmişdir. Şükürov X4 Rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Opel Astra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Masallı şəhər arası idarə edən zaman YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı nəfəsinin qoxusundan spirtli içki iyi gəldiyindən alkotesterin vasitəsilə müayinə olunmuşdur. Müayinə zamanı onun sərxoş olması müəyyən olunmuşdur. Buna görə çox peşmandır. Söz verir ki, gələcəkdə bu kimi hadisələrə yol verməyəcəkdir. Şəxs tərəfindən ifadəsinin sonunda izahatı özüm yazdım doğrudur, imzamla təsdiq edirəm qeydini aparmışdır. Şükürov X3 xəta törətməsi onun etirafedici izahatı, protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin təyin edilməsi barədə alkoltesterin nəticəsi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağın olması və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halları kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şükürov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar