Məhkəmə qərarları › İş №3(050)-1917/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1917/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1917/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katini X1 iclas katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı rayonu Məmmədoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Məmmədoba kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 oktyabr 2024-cü il tarixdə Masallı rayonu Məmmədoba kəndində arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, onun həyat yoldaşı ilə aralarında olan narazılıqları 16 yaşlı qızının oğlanla telefonda danışması ilə bağlı olmuşdur. Onun bununla bağlı əlində sübutları vardır. Bununla aralarında münaqişə olmuşdur, lakin sonradan uşaqlarına görə barışmışdır. O, yaşadığı evə gizə bilmir, bu səbəbdən anası gildə yaşayır. Dünən axşam isə paltarlarını götürmək üçün evinə getmişdir. Evə daxil olub yuxarı çıxmışdır. Həmin vaxt arvadı və uşaqları isə aşağıda olmuşlar. Onlar aşağıdan onu nalayiq ifadələrlə söyərək təhqir etmişlər. Apaltarlarının olduğu otağın qapısını açmaq istəmiş, lakin qapı açara vurulduğundan aça bilməmişdir. Bu zaman kiçik qızını çağırmışdır ki, gəlib qapını açsınlar oda öz paltarlarını götürsün. Lakin arvadı uşağı icazə verməmiş və yenidən onun üzvanına nalayiq ifadələr işlətmişlər. O, isə onların ona qarşı plan hazırladıqlarını, onu tutdurmaq istədiklərini görüb ehtiyat edərək evdən həyətə düşməmişdir. Daha sonra arvadı və uşaqlarının qonşuya getdiklərini görüb evdən çıxmış və anası gilə getmişdir. Arvadı ona şər atır, onun əlində balta olmamışdır. Əgər əlində balta olmuş olsaydı o zaman onlar onu videoya çəkmiş olardılar. Qızını əxlaqsızılığa sövq etdiyi üçün o, buna etiraz etdiyindən bütün bu olanlar onun başına gətirirlər. Zərərçəkmişlə aralarında sözlə mübahisə olmuş və mübahisə zaman onlar onu söydükləri üçün oda qarşılıqlı olaraq cavab vermişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, əvvəllərdə aralarında münaqişə olmuşdur. Bununla bağlı Azər barəsində cinayət işi olmuş və məhkəmə iclasında uşaqlarının atası olduğunu nəzərə alıb məhkəmədən onun tutulmamasını xahiş etmişdir. Dünən axşam isə evdə yemək yedikləri zaman həyətdən səs gəldiyi eşitmişdir. Pəncərəyə çıxdığı zaman Azərin küçədə qalıb onların ünvanına söyüş söydüyünü görmüş. Sonra pəncərəni bağlamışdır. Daha sonra səs kəsilmişdir. Eləcədə qorxduğu üçün evdən həyətə açılan qapını açarla bağlayır. Yemək yedikdən sonra süfrəni yığıb həyətə düşmüşdür ki, süfrəni həyətdə təmizləsin. Həyətə düşdüyü zaman Azərin əlində balta həyətdə durduğunu görmüşdür. Ona demişdir ki, uşaqlarıda götürüb evdən getməsə onu balta ilə vuracaqdır. Sonra uşaqlar səs eşidib həyətə düşmüşlər. Daha sonra uşaqlar onu görüb qaçmışlar Azərdə onların ardıcan qaçmışdır. Bundan sonra o, huşunu itirmiş ayıldığı zaman isə qonşunun həyətində olduğunu görmüşdür. Azər onları söyüb təhqir edir. Onunla barışmamışdır. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Yasin Kazımov tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməl zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar