Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1918/2024 04.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X9 və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi Nümayəndə iştirakları ilə. X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin X5 inzibati tənbeh vermə haqqında 07 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Qida X3-X13 inzibati tənbeh vermə haqqında 07 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Masallı rayonun Köçəkli kəndində mağaza işlədir. Mağazasında həm soyuducuları, həmdə kondisioner olduğundan mağazanın tempuraturu tam olaraq qidaların saxlanılmasına uyğundur. Lakin Qida təhlükəsizliyinin işçiləri gəlib mağazasında heç bir nöqsan tapa bilmədiklərindən ona demişlər ki, “sənə yüngül cərimə yazarıq onu ödəyərsən”. Oda bildirmişdir ki, heç bir pozuntu olmadığı halda niyə cərimə yazırlar. Sonradan ona qərar gələndə bilmişdir ki, qida təhlükəsizliyinin işçiləri onun mağazasında guya semiçkaların müddətinin bitməsini qeyd etmişlər. Halbuki, bunu təsdiq edən heç bir rəsmi sənədləri yoxdur. Hazırda ona qanunsuz yazılan cəriməni sildirmək istəyir və qida təhlükəsizliyi qərarını ləğv etmir. Burdan sual yaranır ki, qida təhlükəsizliyinin əməkdaşları hansı mütəxəsis rəyi əsasında və ya hansı ekspert rəyi əsasında müəyyən etmişlər ki, mağazasında məhsul xarabdır. Odur ki, Qida təhlükəsizliyini mövcud qərarının ləğv edilməsini xahiş edir. Odur ki, barəsində tərtib edilmiş ******* saylı xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi, inzibati icraat materialına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, kənd yerində mağazadan kənd sakinləri tərəfindən nisyə mallar götürülür və həmin nisyə qalmış şəxslərdən pul tələb olunduğu zaman onlarda şikayət etmişlər. Olunmuş şikayətlə bağlıda təbii ki, yoxlama keçirilmişdir. Mağazada müəyyən fəsadlar vardır, günəbaxan tumları və qida rəngləndiricisi ilə bağlı. Bundan başqa bütün hər şey qaydasında olmuşdur. Elə bir təhlükəli zəhərlənmə maddəli qidalar olmayıb. Eləcədə ən önəmlisi agentlik tərəfindən göndərilmiş məktublar ona çatmadan, agentlik onun iştirakı olmadan qərar qəbul etmişdir və 1600 manat məbləğində cərimə olunmuşdur. Bu isə onun hüquqlarını pozmuşdur. Onun həmin mağazada ciddi bir qazancı olmur, eləcədə himayəsində ağır xəstəsi vardır. Bu səbəbdəndə onun həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq ona güzəşt edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi yoxlamanı aparmış şəxs Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X10 məxsus marketdə vətəndaş müraciəti əsasında plandankənar yoxlama keçirilmişdir. Plandankənar yoxlamalar zamanı sahibkara öncədən hər hansı bir məlumat verilmir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunla hər hansı bir məlumat verilmədən X10 məxsus obyektdə əməkdaşları plandankənar yoxlama həyata keçirmişlər. Plandankənar yoxlama zamanı sahibkarın qeyd etdiyi kimi bir neçə ədəd deyil, bir çox sayda məhsulların istifadə müddətinin bitdiyi aşkarlanmışdır. Həmin məhsulları siyahısı yoxlama aktında vardır. Elə şikayətin məğzidə istifadə müddətinin bitməsi ilə bağlı olmuşdur. Sahibkar özü ərizə və izahat vermişdir ki, aşkar olunmuş məhsulların məhv olunması ilə bağlı ona köməklik göstərilsin və əməkdaşların iştirakı ilə aşkar edilmiş istifadə müddətinin bitmiş məhsullar məhv edilmişdir. Sahibkar çıxışında qeyd edir ki, ona az miqdarda cərimə yazılmalıdır. Lakin o, vəzifəli şəxs qismində VÖEN sahibidir, sahibkarlıq fəaliyyəti ilə məşğuldursa vəzifəli şəxs sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1500 manatdan 2000 manata qədər cərimə inzibati tənbeh vermə haqqında qərar qəbul oluna bilər. Sahibkara bildiriş göndərilmiş reyestr və qəbzidə vardır. Bununla yanaşı tərəfin iştirakı olmadanda qərar qəbul etmək səlahiyyətli orqan tərəfindən həyata keçirilə bilər. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan 07 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tələblərini pozduğuna görə 1600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Köçəkli kəndində yerşələn X10 məxsus mağazada aparılan plandankənar yoxlama zamanı satış üçün nəzərdə tutulan piştaxtalarda yararlılıq müddəti bitmiş bir sıra ərzaq məhsulları aşkarlandığından X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X7 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, LRBPK-24/141 saylı yoxlamanın aparılması haqqında qərarından görünür ki, X10 məxsus Masallı rayonu, Köçəkli kəndində yerləşən təsərrüfat obyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandankənar yoxlamın aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, LRBPK-24/141 nömrəli yoxlama aktından görünür ki, X10 məxsus ərzaq mağazasında aparılan plandankənar yoxlama zamanı satış piştaxtalarında yerləşdirilən “Patron” əmtəə nişanlı günəbaxan tumunun son istifadə müddətinin xx.xx.2024-cü il tarixdə, “Qarabağ” əmtəə nişanlı günəbaxan tumunun son istifadə müddətinin xx.xx.2024-cü il tarixdə, “Sumay” əmtəə nişanlı sumağın son istifadə müddətinin xx.xx.2024-cü il tarixdə və “Pabrik” əmtəə nişanlı qida boyasının son istifadə müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Eyni zamanda həmin maddənin Qeydinə görə: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_24.htm Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 07 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməli və qərar qanuni hesab edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 barəsində Azərbaycan Respublikasının Qida X7-X15 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 07 oktyabr 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1918/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1918/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver