Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1925/2023 17.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx xxxxxx 1983cü ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, sərçuvar kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 18 sentyabr 2023-cü il tarixdə Masallı rayonu sərçuvar kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov tüfəngi saxlamaq qaydasını pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 03 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, qeyd edilən ov silahı atasından ona yadigar qalmışdır. Nə atası, nə də o silaha dair heç bir sənəd almamışdır. Belə ki, dayısı ilə mübahisə olmuşdur. Dayısı polisə məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gelmişlər. Bu zaman dayısı onun evində olan tüfənglə hədələdiyini bildirmişdir. Polis əməkdaşlarının tələbi ilə o özü şəxsən tüfəngi polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əməldən peşmandır. İşdə olan DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Cəlal Əbülfəzli tərəfindən 03 noyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə Masallı rayonu sərçuvar kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov tüfəngi saxlamaq qaydasını pozmuşdur. İşdə olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı, polis kapitanı Bəhmən Əsgərli tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarəti yetirməsi ilə bağlı əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi kimi qiymətləndirilərək fakt əsasında açılmış məhkəməyədək sadələşdirilmiş icraat material üzrə Yekun Protokolu tərtib edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilsin. 3.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X3 barəsində cinayət işi başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə ittiham edilməməsi, məhkəməyədək Sadələşdirilmiş İcraat materialnda olan cinayət qanunda nəzərdə tutulmuş əməlini törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, hadisə yerinə baxış protokolu, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1015 saylı rəyi və digər sənədlər məhkəməyədək sadələşdirilmiş icraat üzrə sübut növü kimi qəbul edilməsi, qərar barədə maraqlı şəxslərə məlumat verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İşdə olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı polis kapitanı Bəhmən Əsgərli tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, araşdırma zamanı Şəxs Fetulla oğlunda 1966-cı il istehsalı 16 kalibrli "Tula" markalı, 3588 nömrəli, qoşa lüləli ov silahı olması müəyyən edilərək həmin ov silahı götürülmüşdür. Şəxs həmin silahın mərhum atası X2 miras qalmasını bildirsə də, RPŞ-nin ov silahlarının qeydiyyatı kitabına baxış zamanı həmin silahın qeydiyyatda olması aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, sübutların qiymətləndirilməsi haqqında qərarından, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə Şəxs götürülmüş 1 ədəd, 16 kalibrli, Tula markalı, nömrəsiz və sənədsiz ov tüfənginin dövlət nəfinə müsadirə edilməsini və onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd, 16 kalibrli, Tula markalı, nömrəsiz və sənədsiz ov tüfəngi müsadirə edilsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1925/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1925/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver