Məhkəmə qərarları › İş №3(050)-1965/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1965/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1965/2024 15.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X4, Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Qəriblər kəndində yeləşən «Çənlibel Hotel» adlı obyektin rəhbəri X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 18 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Qəriblər kəndində yerləşən «Çənlibel Hotel» obyektinin rəhbəri X3 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Çənlibel Hotel» obyektinin rəhbəri X3 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Çənlibel Hotel» obyektinin rəhbəri X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət X7 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam sahəsinə nəzarəti həyata keçirən zaman Masallı rayonu Qəriblər kəndində yerləşən «Çənlibel Hotel»də müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Həmin faktla bağlı akt tərtib olunmuşdur. Aktdan da görünür ki, həmin reklama icazə sənədi mövcud deyildir və reklamların ümumi ölçüsü 14.14 m2 təşkil edir. Həmin reklamların yazısı icra sənədlərinə əsasən X2 məxsusdur və reklamedici həmin şəxs hesab edilir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixdə yazılı göstəriş tərtib olunmuşdur. Həmin yazılı göstərişdə qeyd olunmuşdur ki, həmin reklamlar dərhal danandırılsın və müvafiq icazə sənədinin alınması ilə bağlı 5 gün müddətində Dövlət X7 Regional Reklam İdarəsinə müraciət edilsin. Təkrar baxış keçirilən zaman halların davam etdirilməsini gördükdə İXMnin tələblərinə müvafiq olaraq şəxsin protokol tərtib olunması ilə bağlı məlumatlandırılması üçün bildiriş göndərilmişdir. Bildirişdədə qeyd olunmşdur ki, həmin hallarla bağlı heç bir tədbir görülməyib və xx.xx.2024-cü il tarixdə protokol tərtib olunacaqdır. Barəsində protokol tərtib olunan şəxsin məlumatlandırılmasına baxmayaraq iştirak etmiş, protokola imza etməkdən imtina etmişdir. İmtina rəsmiləşdirilmişdir. Həmin fakt xx.xx.2024-cü il tarixdə olmuşdur. Protokol məlumat üçün həmin şəxsə poçt vasitəsi ilə göndərilmişdir. Eləcədə protokol aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırkı vaxtadək həmin reklamlar davam edir. Hər hansı müraciət qeydə alınmamışdır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işdə olan 000482 nömrəli “yazılı göstərişin”dən görünür ki, X2 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan xx.xx.2024-cü il tarixli, 000482 nömrəli aktdan görünür ki, «Çənlibel Hotel» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X9 İdarəsinin müfəttişləri və «Çənlibel Hotel» obyektinin rəhbəri X1 iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 18 oktyabr 2024-cü il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X9 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X8, X5 və fərdi sahibkar X1 iştirakları ilə xx.xx.2024-cü il tarixli, 000482 nömrəli akt tərtib edilmiş və icrası məcburi göstərişin icrasının vaxtı xx.xx.2024-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 18 oktyabr 2024-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı rayonu Qəriblər kəndində yerləşən «Çənlibel Hotel» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" və “inzibati xəta haqqında protokolu” sahibkar X3 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X3 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Çənlibel Hotel» obyektinin rəhbəri X3 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Çənlibel Hotel» obyektinin rəhbəri X1 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Çənlibel Hotel» obyektinin rəhbəri X1 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Çənlibel Hotel» obyektinin rəhbəri X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. Masallı rayonu Qəriblər kəndində yerləşən «Çənlibel Hotel» obyektinin rəhbəri X3 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.

2. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın.

3. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar