Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1968/2024 28.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1981-ci ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Mollahəsənli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Bədir adlı şəxsin onu döyməsini göstərmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Əlavə olaraq bildirir ki, Şəxs şəxsiyyəti müsbət xarakterizə olunmur. Belə ki, o, mütəmadi olaraq spirtli içki qəbul edərək, özünü idarə edə bilmir, başqa şəxslərin də narazılığına səbəb olan hərəkətlərə yol verir. Barəsində protokol tərtib etmək üçün Masallı Rayon Polis Şöbəsinə gətirilən zaman ona və digər polis əməkdaşlarına müqavimət göstərmişdır. Hazırda da vətəndaş spirtli içkinin təsiri altındadır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şahid və Zərərçəkmiş şəxs Bəyveri qızı onun qonşularıdır, onlarla münasibətləri hər zaman yaxşı olmuş, aralarında əvvəllər düşmənçilik və ədavət olmamışdır. Onların barəsində etdikləri şikayət şər-böhtan və iftiradır. O, Ülkərdən nə su istəmiş nədə ki, onu vurmamışdır. Polis şöbəsində o, Ülkəri vurması ilə bağlı etirafedici ifadə verməmiş, izahatının necə yazılmasından xəbəri yoxdur. Ülkər qərəzli olaraq ondan şikayət etmişdir. Barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bədir adlı şəxsi bir neçə il olar ki tanıyır, onunla əvvəllər aralarında narazılıq və ya düşmənçilik, ədavət olmamışdır. Bədirin həmkəndlisi Cavid ilə dostluq münasibətləri vardır. Hadisə vaxtı Cavid də Bədirin evinə qonaq gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Mollahəsənli kəndi ərazisində özünə məxsus fərdi yaşayış evində olarkən, həmkəndlisi Bədir hasarın o biri tərəfindən əri Şahid içmək üçün su istəmişdir. Nahid də uşaqlardan Bədirə su vermələrini istəmiş, lakin o buna imkan verməmiş, əri Nahidə də Bədirin içkili olduğunu ona su verməməyi və aralarında mübahisə yaranmaması üçün evə keçməyini bildirmişdir. Daha sonra o, evin qapısını bağlamaq istəyərkən qonşusu Bədirin onun həyətində olduğunu görmüşdür. O, Bədirə həyətini tərk etməsini bildirən zaman aralarında mübahisə yaranmış, mübahisəyə Bədirin dostu Cavid də qoşulmuşdur. Mübahisə zamanı Bədir sağ əli ilə onun üzünün sağ gözaltı nahiyəsinə yumruqla vurmuşdur. Əri Nahid evdən gələrək, onu vurmaması üçün Bədiri geri itələmişdir. Bundan sonra Bədir və Cavid Nahidin üzərinə hücum çəkmişdir. O, Nahidlə Bədiri ayırmaq istəyərkən, Cavid onun əllərini arxadan tutaraq buna imkan vermək istəməmişdir. Daha sonra Bədirin bacısı Süsanə səs-küyə gələrək, Bədiri həmin ərazidən uzaqlaşdırmışdır. Hazırda Şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Mollahəsənli kəndi ərazisində özünə məxsus fərdi yaşayış evində olarkən, həmkəndlisi Bədir hasarın o biri tərəfindən onu səsləyərək, içmək üçün su istəmiş, arvadı Ülkər onların içkili olduğunu aralarında dava düşə biləcəyini bildirərək, su verməməsini və evə daxil olmasını bildirmişdir. O, da Cavidə su verməkdən imtina etmiş və evlərinə daxil olmuşdur. Daha sonra arvadı Ülkər evin qapısını bağlamaq istəyərkən, qonşusu Bədirin onun həyətində olduğunu görmüşdür. Ülkər ona həyəti tərk etməsini bildirən zaman aralarında mübahisə yaranmış və bu zaman yumruqla onun gözünün altına zərbə vurmuşdur. O, Bədiri ayırmaq üçün evdən çıxmışdır. Onları ayırmaq istəyərkən, Bədir və Cavid onun üzərinə hücum çəkmişdir. Ülkər onları ayırmaq istədikdə isə Cavid Ülkərin əllərini arxadan tutaraq saxlamışdır ki, onları ayırmasın. Bundan sonra Bədirin bacısı Süsanə səs-küyə hadisə yerinə gəlmiş və Bədiri ayıraraq aparmışdır. Bundan sonra Cavid də onun həyətindən uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 877 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi,törənmə müddəti qərarda qeyd olunan 22 sentyabr 2024-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs qonşusu Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, şahidin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə şəxsə cəza təyini ilə bağlı məsələyə baxarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Barəsində icraat aparılan şəxs izahat verərkən, əməlini etiraf etməmiş, zərəçəkmiş şəxslə aralarında ümumiyyətlə mübahisə olmadığını bildirmişdir. Halbuki, Masallı Rayon Polisinin təhqiqatçısı tərəfindən baş vermiş mübahisə ilə bağlı ifadəsi alınarkən, izahatında yumruqla Ülkərin üz nahiyəsinə zərbə endirdiyini etiraf etmiş və izahatının sonunda imzasını çəkmişdir. Bundan başqa Şəxs zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə sağ gözün alt nahiyəsinə bir dəfə zərbə vuraraq, xəsarət yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə də müəyyən edilmişdir. Lakin şəxs məhkəmə iclasında yalnız həmin xəsarətləri özünün yetirmədiyini qeyd etməklə kifayətlənmişdir. Görünür ki, şəxs əməlindən səmimi peşman olmamış, qeyd edilən əmələ yol vermədiyini bildirməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmişdir. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli törətməsini təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq, səmimi peşmançılıq hissini keçirməməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114,115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən saat 19:25-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın bir nüsxəsi inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-1968/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1968/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver