Məhkəmə qərarları › İş №3(050)-197/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-197/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-197/2025 17.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, vəkili Vəkil iştirakları ilə 16 avqust 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, iki yetkinlik yaşına çatmayan, dörd yetkinlik yaşına çatmış uşağı olan, uşaqlardan beşi onun himayəsində olan, hal-hazırda işləməyən, Masallı rayonu, Qasımlı kəndində kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş və iş 3(050)-200/2025 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş və iş 3(050)-197/2025 nömrə ilə qeydiyyata alınmışdır. Həmin inzibati xəta haqqında protokollar Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq baxılması üçün 23 yanvar 2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərardadına əsasən Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(050)-200/2025 nömrəli iş 3(050)-197/2025 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(050)- 197/2025 nömrəsi saxlanılmışdır. Masallı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-677/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 697/2022 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X5 izahatında bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 677/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli icra sənədinə əsasən 59944 manat əsas borc, 1600 manat cərimə, 300 manat mediasiya xərci, cəmi 61844 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Aqrovita” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli, 05/19 nömrəli və xx.xx.2020ci il tarixli, 17/20 nömrəli müqavilələr üzrə ümumilikdə 80.018 manat məbləğində əsas borc, 400 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və 7 manat dövlət rüsumu olmaqla, cəmi 80.425 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 323.05 manat məbləğində dövlət rüsumun qalığı cavabdehə aid edilməli və cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 01 sentyabr 2021-ci il tarixli, AP-01/09 nömrəli müqavilə üzrə yaranmış 91.587,63 (doxsan bir min beş yüz səksən yeddi manat, altmış üç qəpik) manat məbləğində borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu 23 yanvar 2025-ci il tarixdə verdiyi izahatında icra sənədlərindən xəbardar olduğunu, hal-hazırda 6.204.798,68 manat məbləğində borcu olduğunu, borcun onun mülkiyyətində olan mənzilinə və avtomobilinə yönəldilməsini bildiyin bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 izahatında bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 131.945,74 manat borc, ilkin mediasiya sessiyasında ödənilən 410 manat və 11.95 manat məbləğində ödənilən dövlət rüsumu, cəmi 132.367,69 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra həmin tarixə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu 23 yanvar 2025-ci il tarixdə verdiyi izahatında icra sənədlərindən xəbardar olduğunu, hal-hazırda 6.204.798,68 manat məbləğində borcu olduğunu bildirmiş, borc onun mülkiyyətində olan mənzilinə və avtomobilinə yönəldilməsini bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X12 izahatında bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014- cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pul Şəxs alınaraq ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, X9 və Şəxs mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və Şəxs məxsus “LEXUS” markalı, LX-570 minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilməlidir. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcu ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC- yə ödənilməlidir. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin ev və mənzil boşaldılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab N2AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra həmin tarixə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu 23 yanvar 2025-ci il tarixdə verdiyi izahatında icra sənədlərindən xəbardar olduğunu, hal-hazırda 6.204.798,68 manat məbləğində borcu olduğunu bildirmiş, borc onun mülkiyyətində olan mənzilinə və avtomobilinə yönəldilməsini bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/2/23 nömrəli protokola əsasən borclu Şəxs mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda 43350 manat məbləğində Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/1/23 nömrəli protokoluna əsasən X4 və Şəxs mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv/m olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracda 57375 manat məbləğində Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Həmçinin açıq hərracda satılmış “LEXUS LX 570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayon İcra və probasiya şöbəsində saxlanc üçün yerin olmadığından, avtomobil 23 iyun 2023-cü il tarixdə saxlanc üçün borclu Şəxs verilmişdir. Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları hərracda satılmış “LEXUS LX570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmək istədikdə, borclu Şəxs saxlanc üçün verilmiş avtomobili verməkdən boyun qaçırmış və Masallı rayon İcra və probasiya şöbəsinə təhvil verməkdən imtina etmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə ödənişlər etmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/2/23 nömrəli protokola əsasən borclu Şəxs mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Hazırda Şəxs avtomobili könüllü olaraq təhvil vermişdir. Əmanətlərin Sığortalanması Fondu ilə Şəxs arasında olan razılığa əsasən **-BH-*** dövlət qeydiyyat nişanları Şəxs adında qalacaqdır. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o hal-hazırda işsizdir, ailəni dolandırmaqda çətinliklər çəkir. Həmçinin onun himayəsində iki yetkinlik yaşına çatmayan və dörd yetkinlik yaşına çatan övladları vardır. Oğlu İİ Qarabağ müharibəsində iştirak etmiş və Şuşanın azad olunması medalı ilə təltif olunmuşdur. Sağlamlığında olan narahatlıq səbəbindən işləyə bilmir. “LEXUS LX570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili könüllü olaraq hazırda Zərərçəkmiş şəxs ASC-nə təhvil vermişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 131.945,74 manat borc, ilkin mediasiya sessiyasında ödənilən 410 manat və 11.95 manat məbləğində ödənilən dövlət rüsumu, cəmi 132.367,69 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-677/2022 nömrəli, 02 avqust 2022ci il tarixli icra sənədindən görünür ki, 59944 manat əsas borc, 1600 manat cərimə, 300 manat mediasiya xərci, cəmi 61844 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Aqrovita” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2019-cu il tarixli, 05/19 nömrəli və xx.xx.2020-ci il tarixli, 17/20 nömrəli müqavilələr üzrə ümumilikdə 80.018 manat məbləğində əsas borc, 400 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ və 7 manat dövlət rüsumu olmaqla, cəmi 80.425 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 323.05 manat məbləğində dövlət rüsumun qalığı cavabdehə aid edilməli və cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 01 sentyabr 2021-ci il tarixli, AP-01/09 nömrəli müqavilə üzrə yaranmış 91.587,63 (doxsan bir min beş yüz səksən yeddi manat, altmış üç qəpik) manat məbləğində borc tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pul Şəxs alınaraq ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, X9 və Şəxs mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və Şəxs məxsus “LEXUS” markalı, LX-570 minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilməlidir. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılmalı və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcu ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC- yə ödənilməlidir. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin ev və mənzil boşaldılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********1, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab N2AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış və bildiriş həmin tarixə borclunun qeydiyyatda olduğu ünvanında göndərilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış və bildiriş həmin tarixə borclunun qeydiyyatda olduğu ünvanında göndərilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış və bildiriş həmin tarixə borclunun qeydiyyatda olduğu ünvanında göndərilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-677/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış və bildiriş həmin tarixə borclunun qeydiyyatda olduğu ünvanında göndərilmişdir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 10 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış və bildiriş həmin tarixə borclunun qeydiyyatda olduğu ünvanında göndərilmişdir. - ünvan 23-cü il tarixli qərardaddan görünür ki, borclu Şəxs Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-582/2022 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs mülkiyyətində olan “LEXUS LX570” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə müvafiq qeydlər aparılmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-522/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərardadından görünür ki, borclu 16 avqust 1971-ci ildə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Qasımlı kəndində yaşayan Şükürov X6 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş qəbzin surətindən görünür ki, borclu Şəxs mülkiyyətində olan “LEXUS LX 570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 68000 manat məbləğində olmaqla açıq hərracda satılması və əldə olunan vəsaiti Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi təmin edilmiş, “LEXUS LX5 70” minik markalı, buraxılış ili 2012-ci olan, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanc kimi borclu Şəxs verilmiş, bütün huquq və vəzifələri ona olunmuş və avtomobilə hər-hansı zərər yetirməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunacağı barədə daşıyacağı barədə məlumatlandırılmışdır. - Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən 01 iyun 2023-cü il tarixli aktın surətindən görünür ki, borclu Şəxs mülkiyyətində olan “LEXUS LX 570” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 68000 manat məbləğində olmaqla açıq hərracda satılması və əldə olunan vəsaiti Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi təmin edilmiş, “LEXUS LX570” minik markalı, buraxılış ili 2012-ci olan, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanc kimi borclu Şəxs verilmiş, bütün huquq və vəzifələri ona olunmuş və avtomobilə hər-hansı zərər yetirməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunacağı barədə daşıyacağı barədə məlumatlandırılmışdır. Aktın doğruluğunu imzalarla X12, X8, X13, X5 və Şəxs təsdiq etmişlər. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/2/23 nömrəli protokolun surətində görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədində əsasən, Şəxs mülkiyyətində olan “LEXUS LX 570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda son qiyməti 43350 manat məbləğində Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/1/23 nömrəli protokolun surətində görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədində əsasən, X4 və Şəxs mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv/m olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracda son qiyməti 57375 manat məbləğində Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. - Masallı Rayon Məhkəməsinin 7(050)-52/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1298/2022 saylı hökmünə əsasən məhkum Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası üzrə tətbiq edilmiş 01 (bir) il sınaq müddətinə şərti məhkum etmə ləğv edilmişdir. - Şəxs 23 yanvar 2025-ci il tarixli izahatından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-677/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2022 nömrəli, 11 oktyabr 2023-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2022 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədlərindən barədə xəbəri vardır, hal-hazırda 6.204.798,68 manat məbləğində borcu olduğunu bildirmiş, borc onun mülkiyyətində olan mənzilinə və avtomobilinə yönəldilmişdir. maddi vəziyyəti aşağı olması və qsəhətində olan xəstəliklə bağlı 950 manat məbləğində ödəniş edə etmişdir. İcra sənədləri üzrə 6.204.798,68 manat məbləğində borc təşkil edir. - Tələbkar Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 17 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, “LEXUS LX570” minik markalı, buraxılış ili 2012-ci olan, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verildi, avtomobilə baxış keçirildi, video çəkiliş aparıldı. - Masallı Rayon Məhkəməsinin 3(050)-197/2023 nömrəli, 04 mart 2025-ci il tarixli qərardadından görünür ki, 16 avqust 1971-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində axtarış elan edilmiş, iş üzrə icraat Şəxs məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun özünün, yekun nəticəyə gəlməyə imkan verən icra məmurlarının, tələbkarın nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında və iş üçün mühüm əhəmiyyət kəsb edən icra işində olan digər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Odur ki, Şəxs həmin maddə ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1182/2022 nömrəli, 21 iyul 2022ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-677/2022 nömrəli, 02 avqust 2022-ci il tarixli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1461/2022 nömrəli, 11 oktyabr 2023-cü il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2022 nömrəli, 22 iyun 2023-cü il tarixli icra sənədləri əsasında icraata başlamaq haqqında qərar qəbul olunduqdan və könüllü icra barədə bildiriş təqdim olunduqdan sonra keçirilmiş icra tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 161/2/23 nömrəli protokolları əsasında Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədində əsasən, Şəxs mülkiyyətində olan “LEXUS LX 570” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, açıq hərracda son qiyməti 43350 manat məbləğində, X4 və Şəxs mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən ü/s 287,3 kv/m olan 4 otaqlı fərdi yaşayış evi açıq hərracda son qiyməti 57375 manat məbləğində Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna satılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 582/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli icra sənədində əsasən tələbin yönəldiyi Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzil isə halhazıradək satılmamışdır. Bundan başqa icra məmurları tərəfindən borcunun mülkiyyətində və ya borcluya məxsus olan və üçüncü şəxslərdə tələbin yönəldilə biləcəyi əmlakların müəyyən olunması ilə bağlı heç bir icra tədbirləri həyata keçirilməmiş, borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini yerinə yetirməməsi, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hallar olmamaqla yanaşı, bununla bağlı müvafiq sübutlar təqdim olunmamışdır. Eyni zamanda bu hal məhkəmə araşdırması zamanı da, icra məmurlarının və tələbkarın nümayəndəsinin izahatları ilə öz təsdiqini tapmamışdır. Bundan əlavə “LEXUS LX 570” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu Şəxs tərəfindən könüllü olaraq Ləğv prosesində olan Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmişdir. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini yerinə yetirməməsi, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə qərarlarının icrası ilə əlaqədar tələbin yönəldiyi əmlaklardan ikisi hərracda tələbkara satılaraq borcdan ödəniş olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar