Məhkəmə qərarları › İş №3(050)-1978/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1978/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1978/2025 17.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Xİ tağımının YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə iştirakı ilə, xx.xx.1982-ci ildə Yardımlı rayonu, Şəfəqli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Xİ tağımının YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:40 radələrində Ələt-Astara yolunun 143-cü km-də 726 saylı post ərazisində “DAF FTXF 105 460 T” yük markalı, ** JT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPXnin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının Xİ tağımının YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 01:40 radələrində Ələt- Astara yolunun 143-cü km-də 726 saylı post ərazisində xidmətdə olarkən qarşısında hərəkətdə olan DAF FTXF 105 460 T” yük markalı, ** JT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin manevr etmə və avtomobilin işıq sistemindən düzgün istifadə etmə qayalarını pozduğunu müşahidə edərək həmin avtomobilin sürücüsünə saxlama işarəsi vermişdir. Lakin, sürücü bir müddət onun saxlama əmrinə tabe olmamış, avtomobili bir qədər idarə etdikdən sonra posta yaxın ərazidə yolun kənarına verərək saxlamışdır. Xidməti avtomobildən düşərək sürücüyə yaxınlaşmış, özünü təqdim edərək yol hərəkəti qaydalarını pozmasını ona izah etməklə avtomaşının sənədlərini tələb etmişdir. Sürücüyə yaxınlaşdıqdan sonra onun hərəkətlərindən sərxoş olması müəyyən edilmiş, sürücünü alkoltestr müayinəsindən keçirmək üçün dəvət etmiş, sükandan kənarlaşdırmaq istəmişdir. Lakin, sürücü bir müddət etiraz edərək alkoltestr müayinəsindən keçmək istəməmiş, bu səbəbdən yaxın ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Daha sonra sürücü razılaşdığından xidməti avtomobilə əyləşdirilməklə yaxınlıqda yerləşən stasionar posta aparılmış, orada alkoltest müayinəsindən keçirilmişdir. Alkoltestin nəticəsinə əsasən sürücü Şəxs sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmiş, bu barədə ondan izahat alınmışdır. Şəxs verdiyi izahatında əməlini səmimi etiraf etmiş, qeyd edilən səbəblərdən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Baş vermiş bütün hallar YPX avtomobilində quraşdırılmış müşahidə kamerası vasitəli ilə çəkilmiş, CD diskdə məhkəməyə təqdim edilmişdir. Sonda Nümayəndə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müavfiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair “Jupiter-X” maraklı 91012532 seriyalı alkotestr müayinə nəticəsinin cavabından görünür ki, Şəxs 93.1 mg alkoqolun miqdarı aşkar olunmuş, o, “müayinənin nəticəsi ilə, razıyam.” qeydi apararaq imzası ilə təsdiq etmişdir. Alkotestr müayinə nəticəsinin cavabında Şəxs müayinədən keçirilərkən fotoşəkli çəkilmişdir. xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:40 radələrində Ələt-Astara yolunun 143-cü km-də 726 saylı post ərazisində “DAF FTXF 105 460 T” yük markalı, ** JT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş, səlahiyətli şəxs ytərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış zamanı Şəxs xx.xx.2025-ci il tarixdə “DAF FTXF 105 460 T” yük markalı, ** JT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən, YPX-in əməkdaşı tərəfindən xidməti avtomaşınla ona saxlama işarəsi verməsi, bir qədər hərəkət etdikdən sonra sürücünün avtomaşını saxlaması, YPX-nin sürücüyə yaxınlaşaraq onu müayinəyə dəvət etməsi, sürücünün hərəkətlərindən onun sərxoş halda avtomobili idarə etməsi, bundan YPX əməkdaşı tərəfindən xidməti avtomobillə yaxınlıqda olan stasionar posta aparılması müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltesterin nəticəsi, sürücünün saxlanılmasının görüntülərini əks etdirən CD disk, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məcidov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar