Məhkəmə qərarları › İş №3(050)-1980/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1980/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1980/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:43-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmiş, həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarında olan Masallı Rayon Polis Şöbəsindən daxil olmuş elektron çıxarışdan görünür ki, İXP ******* saylı protokol üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törədilməsinə görə İXP ******* nömrəli protokol üzrə xx.xx.2024-cü il tarixində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsalar olmadan icra etməmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əvvəl Masallı Rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə 08 iyul 2024-cü il tarixdə baxılmış, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan şikayət vermiş Şəxs şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin qərarı ləğv edilərək işə yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə geri qaytarılmışdır.Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş yenidən araşdırılaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İXP ******* saylı protokola əvvəl Masallı Rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə 08 iyul 2024-cü il tarixdə baxılmış, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalaraq şikayət vermiş Şəxs şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş və iş yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin hakimi Coşqun Abdullayevin sədrliyi ilə İXP ******* saylı protokol üzrə işə yenidən baxılmış və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Masallı Rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, 08 iyul 2024-cü il tarixli qərar üzrə Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmiş və həmin cərimənin məbləğini qanunla nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Göründüyü kimi protokolu tərtib etmiş səlaiyyətli orqan İXP ******* saylı protokol üzrə ilkin olaraq qəbul edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini nəzərə almamış, ləğv edilmiş qərarın 3 ay müddətdə icra edilməməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar