Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1985/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı rayonu, Yeddioymaq kəndində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, 01 avqust 2023-cü il tarixdə Masallı rayonu, Yeddioymaq kənd sakini Abuşov Nüsrət DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək, qızının döyülməsi barədə məlumat vermişdir. 01 avqust 2023-cü il tarixdə Masallı rayonu, Yeddioymaq kənd sakini Abuşova X2 RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 10 radələrində Masallı rayonu, Yeddioymaq kəndində Zərərçəkmiş şəxs tərəfindən döyülərək bədən xəsarətləri aldığını göstərmişdir. 02 avqust 2023-cü il tarixdə Masallı rayon Z.Əliyeva adına Göz Xəstəxanasından həkim İ.Əliquliyev RPŞ-nin növbətçi hissəsinə zəng edərək, Masallı rayonu, 1-ci Yeddioymaq kənd sakini 1973-cü il təvəllüdlü Şəxs gözlə görünən xəsarət olmaması barədə məlumat vemişdir. Şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə RPŞ-nin İB-nin müstəntiqi Saday Mehrabov tərəfindən xx.xx.2023-cü il tarixdə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı, Şəxs əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya sağ və sol bazunun və döş qəfəsinin sol yan hissəsinin sıyrığı və sol bazu nahiyəsinin qançırı kimi müəyyən olunan sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirdiyinə görə RPŞ-nin İB-nin müstəntiqi Saday Mehrabov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs vurmamışdır, əli ilə itələmişdir ki, mübahisəli həyəti tərk etsin. Əksinə Nahid onu vurmuşdur. Nahiddə aşkar edilmiş xəsarətlər özü tərəfindən törədilmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qızı Çinarə Əliyeva onun mərhum X7in həyat yoldaşıdır. X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Çinarə Əliyeva ilə aralarında mülk üstündə mübahisələri var. Kəmalə dəfələrlə onları məhkəməyə verərək mərhum atasından X10 və ona miras qalmış Yeddioymaq kəndində yerləşən evi qızı Çinarə Əliyevanın adına keçirməyə çalışmış, lakin heç bir nəticə əldə etməmişdir. Çinarə Əliyeva onun atası Cahangir Əliyevin vəfatından sonra onu və qardaşı Cahidi evə buraxmamış və mübahisə yaratmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları X4 və X5 ilə birlikdə mərhum atası Cahangir Əliyevdən miras qalmış, hazırda Çinarə Əliyevanın yaşadığı evin həyətinin giriş qapısına getmişdir. Həmin yerə getməkdə məqsədi həyəti ölçdürüb çıxarış çıxartdırmaq olmuş, o, həyətə daxil olmaq istəyərkən Çinarə onları görüb dərhal qapıya yaxınlaşmış və qapını içəridən kilitləmişdir. O, Çinarəyə məhkəmədə baxılan işə görə həyəti ölçdürüb gedəcəklərini demişdir. Lakin, Çinarə onun sözlərinə məhəl qoymamış və buna görə də o, daş hasarın üzərindən keçərək həyətə daxil olub giriş qapısını içəridən açmışdır. Həmin vaxt Çinarənin atası həmin yerə yaxınlaşmış və mübahisənin olduğunu görən ƏMDX-nin əməkdaşları oradan çıxıb getmişlər. Təxminən 5 dəqiqə sonra isə Şəxs ora yaxınlaşmış və onlar həyətə daxil olub evin qarşısına getmişlər. X10 isə mobil telefonla videoçəkiliş aparmışdır. Həmin vaxt Şəxs ona “sən yaxşı oğlansan, sən oğulsan” sözlərini demişdir. O və X10 onlara Çinarənin yaşadığı evin və həyətin rəsmi qaydada vərəsəlik qaydalarına əsasən bölünməsini və çıxarış çıxartdırmaq istədiklərini demişlər. Həmin anda Şəxs onu və qardaşını təhqir etməyə başlamış, buna görə də o, mərhum atasına məxsus evin ona məxsus otağına pilləkənlər vasitəsilə qalxıb daxil olaraq oradan özünə məxsus qara rəngli sellofanda olan “Qurani-Kərim” kitabını götürüb çölə çıxmışdır. Evin giriş qapısından çölə çıxarkən Çinarə onun əlindən həmin kitabı almağa çalışmış və o, da həmin kitabı Çinarəyə verməmişdir. Çinarənin həmin kitabı hansı səbəbdən ondan almağa çalışdığını bilməmiş, lakin həmin sellofanda nə pul, nədə ki, qiymətli qızıl-zinət əşyaları olmuşdur. Bundan sonra Şəxs onun qardaşı Cahidin üzərinə hücum çəkərək videoçəkiliş aparmasına maneə yaratmağa çalışarkən qardaşının “İphone 13” markalı mobil telefonunu vurub ekranını sındırmışdır. O, da Kəmaləyə Cahidi vurmaması üçün maneə yaratmağa çalışmış, Kəmalə isə onun qollarından tutub onu itələyərək həyətdən qardaşıyla birlikdə çölə çıxarmışdır. Şəxs əlləri ilə onun sağ və sol bazu nahiyələrinə, döş qəfəsinin sol yan hissəsinə cırmaq ataraq ona bədən xəsarətləri yetirmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında işdə olan CD diskə baxış keçirilmiş, həmin vidogörüntüdə Şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs vurması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 21 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda istinad edilmiş təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 736 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol bazunun və döş qəfəsinin sol yan hissəsinin sıyrığı və sol bazu nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 avqust 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masallı rayonu, Yeddioymaq kəndində Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan sübutların qiymətləndirilməsi barədə qərar, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol, CD diskdəki görüntü və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1985/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1985/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver