Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-199/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25613543 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nın DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25613543 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 25613543 saylı elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız xüsusi texniki vasitənin məlumatına istinad edilərək xx.xx.2025-ci il tarixdə saat 12:01-də idarə etdiyi avtomobil ilə yolda müəyyən edilmiş sürət həddini 23 km/saat həddində aşmaqla İXM-nin 328.2-ci maddəsinin tələblərini pozmağı qeyd edilmişdir. Halbuki həmin vaxt xx.xx.2024-cü il təvəllüdlü uşağı Dəniz Fərəcovanın üzərinə qaynar süd tökülməklə o, yanmış, X9ın gəlməsinin gec olmasına görə uşağı xəstəxanaya çatdırmaq üçün idarə etdiyi avtomobillə xəstəxanaya aparmalı olmuşdur. Uşaq körpə, yanıq xəsarətləri isə dərin olmaqla uşağın həyatı təhlükədə olduğundan hərəkətdə olarkən uşağı tez çatdırmaq üçün sürət həddini 23 km/saat aşmışdır. Həmin vaxt avtomobilin qəza işıqlarını yanılı vəziyyətdə hərəkətdə olmuşdur. Xəstəxananın arayışından da görünür ki, xəstəxanaya həmin vaxt çatmaqla uşağın kürək nahiyyəsində birinci dərəcəli yanıq müəyyən edilmişdir. Yol Polis əməkdaşı avtomobillə idarə etdiyi avtomobilin arxasınca xəstəxanaya qədər gəlsə də, oradan geri qayıtmış, hansı səbəbdən sürət həddini aşmasını araşdırmamış, barəsində qərar qəbul edilərkən də iştirakı təmin edilməmiş, izahatı dinlənilməmiş, hüquqları izah edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən sürət həddini 23 km/saat həddində aşması İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun olsa da, bu hərəkəti son zərurət vəziyyətində, yəni körpə uşağının həyatını qurtarmaq üçün edilməklə, həmin vəziyyətdə uşağının həyatını digər vasitə ilə aradan qaldırmaq mümkün olmadığından və bu zaman son zərurət həddinin aşılmasına yol verilmədiyindən, bu hərəkət inzibati xəta hesab olunmur. Lakin barəsində inzibati qərar qəbul edilərkən bunlar nəzərə alınmamış, qanunvericiliyin tələbləri pozulmuşdur. Körpə uşağının həyatı təhlükədə olmaqla, avtomobilin qəza işıqlarını yandıraraq sürət həddini 23 sat/km sürət həddində aşmaqdan ibarət hərəkətinə görə inzibati qaydada cərimə edilməsi, son zərurət vəziyyətində olmaqla hərəkəti inzibati xəta hesab olunmadığı halda, inzibati tənbehə məruz qalması hesab edir ki, qanunsuz və əsassızdır. Halbuki göstərilən hal Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində icraatı rədd edən hal kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 bildirdi ki, barəsində tərtib olunmuş cərimə qərarı qanunsuz olaraq, qəstən yazılmışdır. Belə ki, o xəstəxanaya tələsmişdir. Çünki övladının üstünə qaynar süd dağılmışdı. Halbuki polis əməkdaşları onun ardıycan xəstəxanaya kimi gəlmiş, sonra qayıtmışlar. Lakin nəyə görə sürət həddini aşdığı ilə maralanmamış çıxıb getmişlər. Baxmayaraq ki, o, avtomobili sürətlə sürərək polis maşınının yanından keçmişdir. Polis əməkdaşları onu xəstəxanayadək izləmişlər, yol boyu onu saxlamamışlar və xəstəxanaya çatdıqdan sonra xəstəxananın qapısından dönüb qayıtmışlar. Daha sonra isə barəsində cərimə qərarı tərtib etmişlər. Bu isə ona qarşı qərəzlilik deməkdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2025-ci il tarixli, TP 25613543 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:01 radələrində idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı **-GS-*** dövət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran yolunun 164 km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 23 km saat həddində aşdığı üçün Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən 50 manat inzibati qaydada cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli AZ-İV № 931039 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Masallı şəhərində doğulmuş, atası X3, anası X1r. X6 verilmiş 172 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 xx.xx.2025ci il tarixdə saat 11:30-da X9 şöbəsinə müraciət etmişdir. Xəsətəyə ilkin tibbi yardım göstərilmişdir. Diaqnoz: kürək nahiyəsinin 1-ci dərəcəli yanığı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, 18 yanvar 2025-ci il tarixli, EQ 25613543 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 yanvar 2025-ci il tarixli EQ 25613543 nömrəli qərarın ləğv edilməsinə dair şikayət təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-199/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-199/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver