Məhkəmə qərarları › İş №3(050)-1990/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1990/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1990/2024 30.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı RPŞ-nin DYB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Masallı RPŞ-nin DYB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında 30 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üşün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Masallı rayonu, Çaxırlı kəndi ərazisində idarə etdiyi «Vaz 21074» markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toy karvanında ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin DYB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 izahatında göstərdi ki, Şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində etibarnamə əsasında idarə etdiyi «Vaz 21074» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Çaxırlı kəndində qohumunun toy karvanında ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər etməklə nəqliyyat vasitəsinin təkərini yolun səthindən qaldırıb avtoxuliqanlıq etmişdir. Onun bu hərəkətləri sosial şəbəkədə paylaşılmış və onlar tərəfindən aşkar olunmuşdur. Bu səbəbdən də Həmidli X3 RPŞ-yə dəvət olunaraq barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 28 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi «Vaz 21074» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu, Çaxırlı kəndində qohumlarının toy karvanında öz zolağında hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuşdur. Həmin vaxt o, avtomobilin təkərlərini qaldırmamış və avtoxuliqanlıq hərəkətləri etməmişdir. Hazırda manevr etmə qaydalarını pozduğuna görə əməlindən səmimi peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi «Vaz 21074» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toy karvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Onun həmin vaxt avtoxuliqanlıq hərəkətləri etməsi aşkar olunmamışdır. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli, AZA 022207 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2024-cü il tarixdə saat 18:05-da tutulmuşdur. Məhkəmə prosses iştirakçılarını dinləyib, işdə olan sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs idarə etdiyi avtomobillə öz hərəkət zolağında manevr etmə qaydalarını pozması özünün etirafedici izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 327.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları və CD diskə keçirilmiş baxış zamanı Şəxs toy karvanında idarə etdiyi «Vaz 21074» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin (mexaniki nəqliyyat vasitəsinin) təkərinin yolun səthindən qaldırmaqla avtoxuliqanlıq etməsi onun hansı hərəkətlərində ifadə olunması müəyyən edilməmişdir. Lakin, onun həmin vaxt əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulması öz təsdiqini tapmışdır. Buna baxmayaraq səlahiyyətli şəxs tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta əməli tövsif edilərkən, onun törətmiş olduğu konkret əməlin cəhətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə tərəfindən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, habelə iş üzrə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Həmidli X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona qeyd edilən maddənin sanksiyasının hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar