Məhkəmə qərarları › İş №3(050)-20/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-20/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-20/2023 09.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 07 yanvar 2023-cü il tarixdə saat 20:15 radələrində Masallı şəhəri, Seybətin dairəsi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21214” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən zaman qarşı tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Ceed” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 07 yanvar 2023-cü il tarixdə saat 20:15 radələrində Masallı şəhəri, Seybətin dairəsi ərazisində “VAZ 21214” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən zaman qarşı tərəfdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Ceed” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç kəs xəsarət almamışdır. X1 dəymiş ziyanı ödəmişdir. Sonda B.İ.Məmədov əməlindən peşman olmasını, qarşı tərəfin ondan şikayətinin olmamasını, dəymiş ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə saat 20:15 radələrində etibarnamə ilə ona məxsus “Kia Ceed” markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu, Digah kəndi istiqamətindən Masallı rayonu, Musaküçə kəndi istiqamətində hərəkətdə olarkən Masallı şəhəri Seybətin dairəsinin kəsişməsində qarşıdan gələn “VAZ 21214” markalı ** XX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sonradan adını bildiyi Şəxs sola manevr etmə qaydasını pozaraq onun hərəkət zolağına çıxmaqla idarə etdiyi avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Dəymiş ziyan ödənilmişdir. Sonda Ə.G.X2 həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından, inzibati xəta haqqında protokoldan, hadisə yerinin sxemi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, 44 günlük “Vətən Müharibəsi” nin iştirakçısı olmasını və “Füzulinin azad olunmasına görə medalı” ilə təltif olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzasının tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar