Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2002/2024 01.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, ona görə ki, o, 31 oktyabr 2024cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində arvadı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 01 noyabr 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Qızılavar kənd sakini Şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək, şikayətinə baxılmadığı üçün özünü yandıracağını bildirmişdir. Həmin materialın icrası ilə əlaqədar olaraq Masallı RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri sonuncunun yaşadığı ünvana getmişlər. Həmin vaxt Şəxs yaşadığı evin qarşısında FHN-nin Cənub Regional DYNİ-nin əməkdaşları və 2 yanğın söndürmə avtomaşınını görmüşlər. Şəxs həyətinin giriş qapısının qarşısında spirtli içki qəbul etdiyindən və sərxoş vəziyyətdə olduğundan, arvadı Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlər söyüb təhqir etməmiş və evin içərisində yanğın törətmişdir. Polis əməkdaşları Şəxs sakitləşdirmək istəsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyi üçün o, polis əməkdaşları tərəfindən növbətçi hissənin avtomobili ilə Boradigah PB-yə aparılmışdır. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, göstərdi ki, xx.xx.2024-cü il tarixdə bir qədər spirtli içki qəbul edib həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadığı evdə mübahisə etmiş, həmin vaxt evin birinci mərtəbəsində od qalayaraq paltarlarını yandırmaq istəmişdir. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs odu söndürməyə görə müdaxilə etməyə çalışmış, aralarında yaranmış mübahisə zamanı əsəbiləşdiyindən arvadına qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etməsini, şikayətə baxmayacağı təqdirdə özünü yandıracağını bildirmiş, şikayəti əsasında FHN-nin Cənub Regional DYNİ-nin əməkdaşları və 2 yanğın söndürmə avtomaşını, bundan sonra Masallı RPŞ-nin Boradigah Polis bölməsinin əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət edən zaman polisin avtomobilinə əyləşməkdən imtina etmiş, daha sonra çətinliklə razılaşaraq şöbəyə getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, əri Şəxs mütəmadi olaraq spirtli içki içərək evdə münaqişə yaradır, onu və azyaşlı uşaqlarını söyüb-təhqir edir. xx.xx.2024-cü il tarixdə Şəxs spirtli içkinin təsiri altında evə gələrək, həmişəki kimi onu və uşaqlarını söyüb təhqir etmişdir. Bundan sonra Şəxs evin birinci mərtəbəsində od qalayaraq əlinə keçən hər hansı əşya varsa od atıb yandırmağa başlamış, odu söndürməyə müdaxilə edən zaman yüngül xəsarət almış, daha sonra azyaşlı uçaqlarını götürüb küçəyə çıxmış, Şəxs də onların arxasınca küçəyə çıxaraq onu nalayiq ifadələrlə söyüb təhqir etməkdə davam etmişdir. Bundan sonra müraciət əsasında FHN-nin Cənub Regional DYNİ-nin əməkdaşları və 2 yanğın söndürmə avtomaşını, daha sonra Masallı RPŞ-nin Boradigah Polis bölməsinin əməkdaşları yaşadığı ünvana gəlmiş, polis əməkdaşları Şəxs intizama dəvət etmək istədikdə, o sərxoş halda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərinə davam etdirmişdir. Buna baxmayaraq, Şəxs polis əməkdaşları tərəfindən xidməti avtomaşınla Boradigah Polis bölməsinə aparılmışdır. Hazırda Şəxslə barışmamış, məhkəmədən onun barəsində həbslə əlaqədar tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Boradigah PB-nin sahənin polis nəfəri Polis serjantı əməkdaşı Şahid izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat-istintaq qrupunda olduğu vaxt Şəxs DİN-nin “102” qaynar xətt əlaqə mərkəzinə zəng edərək şikayətinə baxılmayacağı təqdirdə özünü yandıracağını bildirməsi barədə məlumat daxil olmuşdur. Həmin materialın icrası ilə əlaqədar olaraq əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə onun yaşadığı ünvana getmişdir. Həmin zaman Şəxs yaşadığı evin qarşısında FHN-nin Cənub Regional DYNİ-nin əməkdaşları və 2 yanğın söndürmə avtomaşınını görmüşdür. Şəxs həyətinin giriş qapısının qaşısında spirtli içki qəbul etdiyindən və sərxoş vəziyyətdə olduğundan, arvadı Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlər söyüb təhqir etməsini və evin içərisində yanğın törətməsini görmüşdür. Şəxs sakitləşdirmək isdəsək də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü qeyri-səmimi apararaq hərəkətlərinə davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyi üçün onu növbətçi hissənin avtomobilinə mindirib Boradigah PB-yə aparmışlar. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 01.11. 2024-cü il tarixli, MN ******* və MN 2060531nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 22:00-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək, Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları tərəfindən çətinliklə olsa da, polis bölməsinə aparılmışdır. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyinə görə Masallı Rayon Məhkəməsinin 3(050)-1106/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(050)- 1683/2024 saylı xx.xx.2024-cü il tarixli, 3(050)-1861/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs dəfələrlə bundan əvvəl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları təkrar törətmiş və inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi, habelə eyni inzibati xətanı il ərzində dəfələrlə təkrar törətməsi əməlində məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 31 oktyabr 2024-cü il tarixdən saat 22:00-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 31 oktyabr 2024-cü il tarixdən saat 22:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2002/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2002/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver