Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2003/2024 01.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Lerik rayonu Ağ çay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olmaqla Lerik rayonu Ağ çay kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1698/2021 nömrəli 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 28 iyun 2014-cü il təvəllüdlü X3 və 02 yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 9920 (doqquz min doqquz yüz iyirmi) manat məbləğində ödənilməmiş aliment borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1698/2021 nömrəli 06 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 28 iyun 2014-cü il təvəllüdlü X3 və 02 yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş, həmin vaxt borclunun Rusiya Federasiyasında yaşadığı məlum olmuşdur. Bu səbəbdən barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Rusiya Federasiyasından qayıtmış və icra şöbəsinə gətirilmişdir. Şöbədə izahatı alınmış və izahatında ona iki gün vaxt verilməsini borcunun bir qismini ödəyəcəyini digər qismini isə xx.xx.2024-cü il tarixdə ödəyəcəyini bildirmişdir. Bununla bağlı tələbkarla əlaqə saxlanılmış tələbkarda etiraz etməmişdir. Lakin buna baxmayaraq borclu borcunu ödəməmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 9920 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Rusiya Federasiyasında yaşadığı zaman təxminən 4000 manata yaxın tələbkara pul göndərmişdir. Lakin səhv edərək göndərmiş olduğu pulların qəbzlərini saxlamamışdır. Sonradan Rusiyada müharibə şəraiti yarandığından işləyə bilməmişdir. Daha sonra anası rəhmətə getmiş və bununla bağlı borcu yaranmışdır. Qayıtdıqdan sonra artıq üçüncü işidir ki, imtina olunur. Buna səbəb isə tələbkardır. Tələbkar onun anlamadığı, bilmədiyi səbəblərdən ondan nəyinsə heyfini çıxır. Hazırda dostundan borc edərək 500 manat ödəyə biləcəkdir. Yaranmış aliment borcu övladları üçündür, o, borcunu ödəməkdən yayınmır, lakin tələbkarın təqsiri ucbatından işləyə bilmir. Hazırda məhkəmədən ona vaxt verilməsini və tələbkarın işləmək üçün ona şərait yaratmasını xahiş edir. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 01 noyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2003/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2003/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver