Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2004/2023 28.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cu ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda göstərilir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Masallı rayonu, Qədirli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayan Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Cavid Şahbazova məxsus “Kia Ceed” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı rayonu, Qədirli kənd ərazisindən keçən avtomobil yolunda hərəkət edərkən yolun hərəkət hissəsinə it çıxması səbəbindən sürücü Şəxs avtomobili sağa-sola hərəkət etdirərək idarəetməni itirmiş və avtomobil yolun hərəkət hissəsinin sağ kənarında yerləşən su kanalına aşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə həmin avtomobildə sərnişin qismində əyləşmiş X4 qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli silkələnməsi və burnun yumşaq toxumalarının əzilməsi kimi müəyyən olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, “Kia Ceed” markalı, **-HX-*** dövlət qeydiyyat nişnlı avtomobilin sahibi əmisioğlu Cavid Şahbazovdur, lakin Cavidin sürücülük vəsiqəsi olmadığından avtomobili Cavidin atası Ceyhun Şahbazov idarə edir. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində əmisioğlu Cavid ona zəng edərək, səhhətinin pisləşməsini demiş və onu xəstəxanaya aparmasını xahiş etmişdir. Onun sürücülük vəsiqəsi olduğu üçün Cavidi xəstəxanaya aparmaq istəmişdir. Masallı rayonu, Qarğalıq kəndi ərazisində hərəkətdə olarkən avtomobilin qarşısına qəflətən it çıxmış, o, iti vurmamaq üçün avtomobilin hərəkətini sağa-sola istiqamətləndirmişdir. Yağış yağdığından və yol örtüyü sürüşkən olduğundan avtomobil sürüşərək yolun sağ kənarında yerləşən içərisi boş olan su kanalına aşaraq düşmüşdür. Daha sonra o və Cavid maşından düşmüşlər. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Cavid isə sifət nahiyəsindən sıyrıq xəsarətləri almışdır. Sonra isə təcili-tibbi yardıma zəng edərək, məlumat vermişlər. Hadisə yerinə gələn müstəntiq Elvin Muradov hadisə yerini müayinə etmiş və hadisə yerinin müayinə edilməsi ilə bağlı protokol tərtib etmiş və onlar da protokolu imzalamışlar. Sonda Şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 sentyabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. 28 sentyabr 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eksertiza və X3” publik hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 884 nömrəli rəyindən görünür ki, X2 qapalı kəllə-beyin travması, baş beynin yüngül dərəcəli silkələnməsi və burnun yumşaq toxumalarının əzilməsi aşkar olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 30 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs 1 azyaşlı uşağının olması onun əməlində inzibati tənbehi yüngülləşdirən haldır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X1 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-2004/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2004/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver