Məhkəmə qərarları › İş №3(050)-2005/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2005/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2005/2024 05.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 04 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2024-cü il tarixdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:02-də Masallı rayonu, Qəriblər kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, Rövşən adlı şəxsin içkili vəziyyətdə Qəriblər mağazasında onları təhqir etdiyini və alıcılara maneə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təkrar saat 16:30-da zəng edərək döyülməsi və obyektinin dağıdılmasını qeyd etmişdir. Toplanmış material üzrə Masallı RPŞ-nin TB-də araşdırma aparılmış, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində içki qəbul etmiş və sərxoş vəziyyətdə evinə getmək istəyərkən evinin yaxınlığında olan qonşusu Zərərçəkmiş şəxs işlətdiyi marketə dönmüşdür. O, sərxoş olduğu üçün yorulmuş və marketin qarşısında oturmuşdur. Bu zaman Zərərçəkmiş şəxs onun yanına gəlmiş, marketin qarşısından getməyini istəmişdir. O, marketin qarşısından getməyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onu söymüşdür. Buna görə o da İlqarın söydüyü söyüşlərin 5 qatını ona söymüşdür. Bundan başqa İlqar hadisə vaxtı onun baş və əlinin üst nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Polis Şöbəsində aldığı xəsarətlərə görə ekspertizadan keçirilməsi təklif edilsə də o, bundan imtina etmişdir. Hazırda Zərərçəkmiş şəxsla barışmamış, məhkəmədən onun ailə vəziyyəti nəzərə alınaraq, bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs spirtli içkinin təsiri altında onun işlədiyi “Qəriblər” adlı marketin qarşına gəlmişdir. Həmin vaxt o və həyat yoldaşı marketdə olmuş, Rövşən marketdən siqaret aldıqdan sonra tanıdığı iki nəfər kənd sakininin ünvanına nalayiq söyüşlər söymüşdür. O, Rövşənə yaxınlaşaraq marketdə həyat yoldaşının da olduğunu, söyüş söyməməyini bildirmişdir. Bundan sonra Rövşən ona və digər şəxslərin ünvanına söyüş söyməyə başladığı üçün qolundan tutaraq yaşadığı ünvanın küçəsinə qədər aparmaq istəmiş, yolda Şahid adlı kənd sakinini görmüş və ondan kömək istəmişdir. Həmin vaxt Rövşən Fuadı da söyməyə başlamış, bunu görən Fuad onlardan uzaqlaşmışdır. Rövşəni küçələrinə qədər aparıb qayıdan zaman Rövşənin onun arxasınca qayıtdığını görmüşdür. Rövşən yenidən marketin qarşısına gəlmiş, onun ünvanına söyüş söyməyə başlamışdır. O, da bundan sona DİN-nin 102 xidmətinə zəng edərək, şikayətini bildirmişdir. Hazırda Şəxslə aralarında barışıq əldə edilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində qanunamüvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs spirtli içkinin təsiri altında yaxınlığında işlədiyi “Qəriblər” adlı marketin qarşısında iki nəfər kənd camaatının ünvanına söyüş söydüyünü görmüşdür. Zərərçəkmiş şəxs Rövşənin qolundan tutaraq, onun yaşadığı evə aparmaq istəmiş, həmin vaxt onu da köməyə çağırmışdır. Onlara yaxınlaşan zaman Rövşən onu da söyməyə başlamış, o, həmin ərazidən uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə 04 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilən zaman Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus marketin qarşısına gəldiyi, ayaq üstə dura bilmədiyi, yerə yıxıldığı, yerdə uzandığı və Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi sonradan polis əməkdaşlarının hadisə yerinə gəldiyi müşahidə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcələnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağın olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114,115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 05 noyabr 2024-cü il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Ağayev X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar