Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2007/2023 05.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 və barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində icraat aparılan "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-in 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Barəsində icraat aparılan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında məktub təqdim edərək bildirdi ki, barəsində icraat aparılan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmiş xüsusatları qarşı tərəf aradan qaldırdığı üçün protokolun baxılmadan geri qaytarılmasını xahiş etdi. Barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, hazırda protokol üzrə qeyd edilmiş maddələr üzrə qüsurlar aradan qaldırılmışdır. Bu səbəbdən protokolun baxılmadan orqana qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 05 dekabr 2023-cü il tarixli, 3-14/40/2-1012/2023 nömrəli məktubla müraciət edərək, barəsində icraat aparılan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu, 266.2-ci, 234.0.1-ci, 275.1.1-ci, 271-ci, 237.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2007/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2007/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver