Məhkəmə qərarları › İş №3(050)-2007/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2007/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2007/2024 15.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə xx.xx.1970-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə xx.xx.2024-cü il tarixli qərardan və xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi “Vaz 21063” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Musaküçə kəndində hərəkətdə olarkən X1 idarə etdiyi “Opel Astra minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel Astra minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X4 “sol qulaq arxası, sağ çiyin, sağ baldır-dizaltı və sağ aşıq-baldır oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid, sürücü X3 “boyun nahiyəsinin yumşaq toxumalarının məhdud sahədə əzilməsi” ilə nəticələnən sağlamlığa zərərvurmayan, “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə sərnişin olan X5 “sol əlin arxa hissəsinin və sol baldır nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan və sürücü Şəxs “sol diz nahiyəsinin sıyrığı və döş qəfəsinin ön hissəsinin qançırı ilə nəticələnən” sağlamlığa zərərvurmayan bədən xəsarətləri almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 oktyabr 2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərar alınmışdır. xx.xx.2024-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET Birliyinin Masallı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 644 saylı ekspert rəyində göstərilmişdir ki, X2 “sol qulaq arxası, sağ çiyin, sağ baldır-dizaltı və sağ aşıq-baldır oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddəki qeyd olunan 03 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsində həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar