Məhkəmə qərarları › İş №3(050)-2011/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2011/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2011/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, xx xxxx 1961-ci ildə Yardımlı rayonunda doğulmuş, Masallı rayonu Boradigah qəsəbəsi, N.Nərimanov küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 14 sentyabr 2023-cü il tarixdə saat 04:30 radələrində idarə etdiyi “Mercedes Benz 315 CDİ Mikroavtobus” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Bakı prospektində ərazisində “VAZ 2106” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 Qəhrəman oğlunun sağlamlığına yüngül bədən xəsarəti dəymişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 avtomobilinə dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxsdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş 08 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və Mercedes Benz e270 markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 barələrində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması məqsədi ilə Masallı RPŞ-nin DYPB-nə verilməsi, Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, Qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində Yardımlı rayonu, Üzü kəndində daimi qeydiyyatda olmaqla Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan Şəxs tam etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz 315" markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Masallı şəhəri, Bakı küçəsi ilə Seybətin dairəsi istiqamətindən üzü Masallı şəhəri Fəhlə Bazarı istiqamətində saatda təqribən 50 kilometr sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət etmədən, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını almaq mümkün olsun deyə uyğun ara məsafəsi seçməli olduğu halda, sürücü Şəxs hərəkətdə olarkən göstərilən tələblərə riayət etməmiş, idarə etdiyi "Mercedes Benz 315" markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə həmin yolda eyni istiqamətdə sola dönmə əməliyyatını həyat keçirən Masallı rayon, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 mülkiyyət hüququ əsasında idarə etdiyi VAZ 21-06 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə yolun hərəkət hissəsində üzü Daş bazarı istiqamətində yolun sağ kənarından 5 metr məsafədə toqquşmuş, zərbədən VAZ 21-06 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağında üzü Daş bazarı istiqamətdə saat əqrəbinin əksi ilə fırlanaraq yolun əks hərəkət zolağında üzü Seybətin dairəsi istiqamətində dayanmış vəziyyətdə olan Masallı rayon, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 tam etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz e270" markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan-qanad tərəfinə dəymiş və nəticədə VAZ 21-06 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol dirsək oynağında əzilmiş yara, başın sol təpə nahiyəsində və sol sarğı nahiyəsində qançır, sağ said və sağ baldır nahiyəsində sıyrıq ilə müşayiət edilən sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid bədən xəsarəti almışdır. Bundan başqa toplanmış materialdan görünür ki, Mercedes Benz e270 markalı, 99-DN- 087 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsini törədən "Mercedes Benz 315" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Əliabas oğluna münasibətdə yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxsdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə 13 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 08 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar