Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2011/2025 04.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Evin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədi yenidən icraya yönəldilməklə xx.xx.2025-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcun könüllü şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Borclu əvvəllər icra sənədinin icrasından yayındığına görə 2025-ci ilin fevral ayında barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 8 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, borclu yenidən icra sənədinin icrasını təmin etməyərək icrasından yayınmağa davam etmişdir. Hazırda icra sənədi üzrə borclunun 5667 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək aliment borcunun ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində yenidən protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə aliment borcundan müəyyən ödənişlər olsa da, hazırda heç bir yerdə işləmədiyindən icra sənədinin icrasını təmin etmək iqtidarında deyildir. Lakin, özünə iş yeri tapıb qazanc əldə etdikdən sonra aliment borcunu ödəyə biləcəyini bildirmişdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 icra sənədi üzrə Şəxs 5667 manat aliment borcu vardır. Şəxs müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən yayınır. Aliment borcunun hissə-hissə ödənilməsinə razı deyildir. Borclu borcunu tam şəkildə ödəməyəcəyi halda, onun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən başalayaraq xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X2 və 28.10.202-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs X6 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(050)-394/2025 saylı qərarından görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədinin icrasını təmin etmədiyindən barəsində tərtib edilmiş protokol əsasından Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 8 gün müddətə inzibati qaydada həbs edilmişdir. Xəbərdarlıq bildirişindən görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayev tərəfindən borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-61/2025 saylı icra sənədi üzrə tələbin icra edilməsi barədə rəsmi xəbərdalıq ünvanlanmışdır. İş üzrə sübutların qiymətləndirilməsi Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 61/2025saylı icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Hələ onun barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmiş, Masallı Rayon Məhkəməsinin müvafiq qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 8 gün müddətində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bütün qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq, o, islah olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməməklə qərəzlilik nümayiş etdirmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda qeyd edilənləri əsas götürərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 04 sentyabr 2025-ci il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2011/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2011/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver