Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2012/2025 26.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1941-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, orta təhsilli, təqaüdçü, Masallı şəhəri, küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə xx.xx.2025-ci il tarixli qərardan və xx.xx.2025-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Nissan Maxima” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı-Yardımlı yolunun 14-cü km-də Yardımlı rayonu istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan idarə etməni itirməsi səbəbindən avtomobili anidən yolun əks hərəkət zolağına çıxarmaqla, yolun sol çiynindəki dərəyə aşırmış, nəticədən həmin avtomobildə sərnişin qismində əyləşmiş Masallı şəhəri Füzuli küçəsində yaşayan X2 başın alın nahiyyəsinin tüksüz hissəsinin sağ yarısını və sol diz nahiyəsinin sıyrıqları, sağ göz nahiyyəsinin və sol yuxarı göz qapağının yumşaq toxumalarının əzilməsi və qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “Nissan Maxima” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobilləri idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi avtomobillə Masallı- Yardımlı yolunun 14-cü km-də Yardımlı rayonu istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə ondan başqa sonradan adlarını bildiyi Masallı rayonu Ərəb kənd sakini X3 və Masallı şəhəri Füzuli küçəsində yaşayan X4 sərnişin qismində əyləşmişlər. Masallı rayonu, Qəriblər kəndi ərazisindən keçən hissədə idarəetməni itirmiş, avtomobil yolun sol çiynindəki dərəyə aşmışdır, hadisə zamanı özü və avtomobildə olan digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış, zərərçəkmiş şəxslərlə barışıb onlara dəymiş maddi ziyanı ödədiyindən, barəsində cinayət işi başlanması rədd edilmiş, lakin əməlində inzibati xətanın tərkibi olduğundan barəsində inzibati xəta materialı ayrılaraq DYPB-yə göndərilmişdir, bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanın ödədiyini bildirmişdir. O, həmçinin barəsində cərimə tənbehi tətbiq ediləcəyi halda, ödəmək üçün maddi imkanının olmadığını, yaşlı olmaqla gələcəkdə avtomobil idarə etmək fikrində olmadığını, ona görə də barəsində nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və həmçinin zərərçəkmiş şəxs məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmasından ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Masalli RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET Birliyinin Masallı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 546 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü X1 başın alın nahiyyəsinin tüksüz hissəsinin sağ yarısını və sol diz nahiyəsinin sıyrıqları, sağ göz nahiyyəsinin və sol yuxarı göz qapağının yumşaq toxumalarının əzilməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2025-ci tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Şəxs tərəfindən qeyd edilən inzibati xətanı törədilməsi onun öz izahatı və iş üzrə toplanmış sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini, habelə onun cərimə ödəmək üçün maddi imkanının olmamasını və yaşlı olmaqla gələcəkdə avtomobil idarə etməyəcəyi barədə ifadəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2012/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2012/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver