Məhkəmə qərarları › İş №3(050)-202/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-202/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-202/2023 01.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X6, X4 və X5 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxx 1962-ci ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 1-ci dərəcəli əlil, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə Masallı rayon Ərəb kənd sakini X3 etibarından sui-istifadə edərək 375 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir. Bundan başqa Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə Masallı rayon Ərəb kənd sakini X2 etibarından sui-istifadə edərək 375 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir. Bundan başqa Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə Masallı rayon Ərəb kənd sakini X5 etibarından sui-istifadə edərək 375 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir. Bundan başqa Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə Masallı rayon Ərəb kənd sakini X8 etibarından sui-istifadə edərək 375 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan dələduzluq yolu ilə özgənin əmlakını talama inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır. 1-ci dərəcəli əlildir. 2022-ci ilin oktyabr ayında Masallı şəhəri Xətai parkında yerləşən Vergi Xidmətinin qarşısında olarkən sonradan adının Münamin oğluğunu öyrənən bir nəfər şəxsin əsəbi halda idarədən çıxdığını görmüşdür. Münaminə yaxınlaşaraq ondan nə baş verdiyini soruşmuşdur. Münamin ona sosial yardım almaq üçün sənədlərini qaydasına sala bilməməsini və sosial yardım ala bilmədiyini bildirmişdir. O, isə Münaminə sosial yardım alması üçün sənədlərinin hazırlanmasında köməklik edəcəyini bildirərək ondan telefon nömrəsini almış və ona zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Münaminə zəng edərək ona başqa yaxın adamları üçün də, sosial yardım düzəldə biləcəyini, onların hər birinə 375 manat pul düzəldib onun yanına gəlmələrini bildirmişdir. Münamin də qonşuları olan Masallı rayon Ərəb kənd sakinləri X6, X4 və X10 onun yanına gətirmiş və onların hər birindən 375 manat, cəmi 1500 manat pul almışdır. Onlara 2022-ci ilin sonunadək sosial yardım alacaqlarını vəd vermişdir. Lakin onları aldadaraq pulları mənimsəmişdir. Hazırda əməlindən səmimi peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək, barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər X6, X4 və X1 Bəybala Rzabala oğlunun verdiyi izahatla eyni məzmunda izahat verərək Şəxs onları aldadaraq aldığı pulun qaytarılmasını tələb etdiklərini bildirərək, ona qanunamüvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə digər zərərçəkmiş şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta haqqında protokollarla, sübutların qiymətləndirilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsində göstərilən yüngülləşdirici hallar müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə onun 1-ci dərəcəli əlil olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən əməlində yüngülləşdirici hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara ictimai işlər cəzası verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Plenum qərarına əsasən oğurluğun təkrar, yəi iki dəıfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məblğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məsuliyyəti yaranır. İş materiallarından görünür ki, Şəxs törətdiyi dələduzluq əməlində zərərçəkmiş şəxlslərə ayrı-ayrılıqda 350 manatdan yuxarı maddi ziyan vurulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə qeyd edir ki, vurulmuş zərərlə bağlı zərərçəkmişlər mülki qaydada məhkəmədə iddia qaldıra bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə cəzasının tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə Masallı Rayon Məhkəməsinə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar