Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2024/2025 19.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X2, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında 29 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “kafe çayxana”nın mətbəxində əmələ gələn tullantı sularının təyinatsız axıdılması müəyyən edilmişdir. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin xx.xx.2025-ci il tarixli 15 saylı sərəncamı əsasında Masallı rayonu ərazisində Viləş çayında manitorinqlər aparılan zaman İstisu sanatoriyasında aşağı tərəfdə Viləş çayının sağ sahilində mövsümü fəaliyyət göstərən “kafe çayxana”nın mətbəxində əmələ gələn məişət sularının təyinatsız axıdılması aşkar edilmişdir. Bununla bağlı 29 avqust 2025-ci il tarixində protokol tərtib edilmiş və həmin tarixli qərardadla baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs protokolun tərtib olunmasında iştirak etmiş, izahatı alınmışdır. Məhkəmədən qanuna müvafiq olaraq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, bölmənin əməkdaşları gəlib baxış keçirmişlər, aşkar olunmuş nöqsanlarla bağlı məlumatlandırılmış və bununla bağlı izahatı alınmışdır. Oda həmin nöqsanları aradan qaldırması ilə bağlı tədbir görmüşdür. Deyilənlər düzdür. Məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında işdə olan xx.xx.2025-ci il tarixli, 001050 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən istifadəsində olan Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “kafe çayxana”nın mətbəxində əmələ gələn tullantı sularının təyinatsız axıdıldığı üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin əməkdaşları və Şəxs iştirakları ilə akt tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şəxs əməlində inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2024/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2024/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver