Məhkəmə qərarları › İş №3(050)-2029/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2029/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2029/2024 06.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi-Masallı Rayon İcra Hakimiyyəti başçısının Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının məsul katibi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində üç azyaşlı uşağ olan, fərdi əməklə məşğul olan, Masallı Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ailə münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan azyaşlı oğlu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:49-də Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan X2 DİN-in 102 xidmətinə zəng edərək, “həyat yoldaşım Şəxs oğlumu öldürür, videosu var” deyərək müraciət etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan X1 RPŞ-yə müraciət edərək, həmin tarixdə oğlu Rasifin əri Şəxs tərəfindən döyülməsini göstərmişdir. Toplanmış material üzrə Masallı RPŞnin TB-də araşdırma aparılmış, aparılmış araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində Zərərçəkmiş şəxs zərərli vərdişlərinin olması səbəbindən danlayaraq sağ ayaq nahiyəsinə “sağ ayağın bayır topuq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Araşdırmanın sonunda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şəxs barəsində tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, arvadı Elnarə Duniyeva ilə 2011-ci ildən bəri evlidir, birgə nikahdan 3 övladı vardır. xx.xx.2024-cü il tarixdə evdə olduğu vaxt oğlu Zərərçəkmiş şəxs tərbiyəsiz hərəkətlər etməsi səbəbindən, eyni zamanda onun arabir siqaret çəkdiyindən əsəbiləşmiş, onu cəzalandırmaq məqsədi ilə ayağından tutaraq yuxarıya qaldırıb başı aşağı formada sallayıb bir neçə saniyə ərzində saxladıqdan sonra buraxmışdır. Sonradan hadisədən xəbər alan arvadı Elnarə Duniyeva bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O, həmçinin əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəciyini bildirib, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun atasıdır. Onun anası Elnarə Duniyeva və atası Şəxs arasında keçmişdə dəfələrlə münaqişə olduğu üçün onlar hazırda ayrı yaşayırlar. O, atası Şəxs ilə birlikdə yaşamışdır. Onun atası spirtli içki aludəçisidir və mütəmadi olaraq spirtli içki qəbul edərək onun və digər ailə üzvlərini döymüşdür. Atası Şəxs keçmişdə onu və qardaşlarını günlərlə ac, susuz və baxımsız saxlamışdır. Həmçinin anası Elnarə Duniyeva da onlara nəzarət etmişdir və baxımsız saxlamışdır. xx.xx.2024-cü il tarixdə atası onu siqaret çəkdiyindən xəbər tutduğu üçün ayaq nahiyəsindən tutub başı aşağı formada yuxarıya qaldıraraq sallayıb bir neçə saniyə saxladıqdan sonra buraxmışdır. O, həmin vaxt ayağından xəsarət almışdır. Hazırda Şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinib tərkibi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 929 saylı ekspert rəyindən görünür ki, 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs “sağ ayağın bayır topuq nahiyyəsinin sıyrığı” müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 1-2 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında təqdim edilmiş videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsindəki evdə azyaşlı oğlu Zərərçəkmiş şəxs sol ayağından tutub başı aşağı sallamaqla ona fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə şəxsə cəza təyini ilə bağlı məsələyə baxarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Barəsində icraat aparılan şəxs izahat verərkən əməlini tam şəkildə etiraf etmiş, oğlunun cibindən icazəsi olmadığına görə sol ayağınan tutub başı aşağı sallamasını qeyd etmişdir. Onun azyaşlı zərəçəkmiş şəxsə qarşı fiziki ağrılar yetirməklə ayağından tutub dartması və nəticədə ona xəsarət yetirdiyi araşdırma nəticəsində alınmış izahatlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin qeyd edilən əməli azyaşlı uşağa qarşı törətməsi onun şəxsiyyətinin təhlükəliliyindən xəbər verir. Bir məqama da diqqət yetirilməlidir ki, özündən fiziki cəhətdən zəif olan azyaşlı uşağa qarşı bu cür əməllərə yol vermiş şəxsin gələcəkdə daha təhlükəli əməllərə yol verməsi ehtimalı da çoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 06 noyabr 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Duniyev X6 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar